29 Avqust 2021 00:15
890
Səhiyyə
A- A+

Qışda da dondurma?

 

Adətən dondurmanı yay aylarında yeyirlər. Qışda istehlak edilərsə, bunun xəstəliyə səbəb olacağını bildirirlər. Amma mütəxəssislər bu alışqanlığın yanlış olduğunu, qışda da rahatlıqla dondurma yeyə biləcəyimizi, hətta bunun immunitetimizi gücləndirəcəyini deyirlər. Türkiyəli professor doktor Oğuz Özyaral məlumat verir ki, bədənin yalnız isti fəsillərdə deyil, bütün mövsümlərdə dondurmaya ehtiyacı var. İmmunitet sistemini gücləndirdiyi üçün orqanizmi qripə qarşı qoruyur, mikroblarla mübarizə aparır. Buna görə də qar yağanda belə dondurma istehlak edə bilərsiniz: “Dondurma uşaqlarda boy artımına səbəb olur və buna görə də onların hər fəsildə bunu yeməsi məsləhətdir.  Həmçinin uşaqlar xəstələnəndə də dondurma yeyə bilərlər. Dondurma orqanizmi infeksiyalara qarşı qoruyur və mikrobların inkişafına mane olur. Xəstəliklər zamanı bədənin istehlak etdiyi mayenin bərpasını təmin edir. Çünki tərkibində yüzdə 90 -a qədər su var”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video