09 Fevral 2014 01:02
509
Oxucu məktubları
A- A+

Qışa qonaq gəlin

 

Biz qışı həmişə belə görmüşdük: adətən yollar bağlanar, rayonlarda ucqar dağ kəndləri ilə əlaqələr kəsilərdi. Müstəqilliyin töhfələrindən biri də qışın ən uca dağlarda belə bayrama çevrilməsi ilə əlamətdardır.

İndi yollar, meşələr, çöllər üstünə qardan yorğan çəkən kimi dağlarda həyat canlanır, minlərlə insan qışa qonaq gedir.  Hətta elə olur ki, "Sahdağ" qış idman-turizm mərkəzinə çataçatda maşınların sıxlığından tıxac yaranır!

Bütün bunların bir izahı var: yeni, təhlükəsiz və geniş yolların salınması, turizmin inkişafına ciddi sərmayələrin yatırılması bizə istənilən vaxt ölkənin istənilən nöqtəsinə gedib dincəlməyə imkan verir.

Bizi dağlarda,  zirvələrdə sakitlik, təbiətin əsrarəngiz mənzərələri, yalnız filmlərdə Avropa dövlətlərində, Amerikada gördüyümüz nağıla bənzəyən qış səhnələri qarşılayır.  Yerlə göy arasında - qarlı dağların sinəsində keşik çəkən əsgərlərimiz də sanki  ləpirləri ilə zirvələrin ağ səhifəsinə müstəqillik şərqisinin notlarını düzürlər.

 

Foto Ağaəli MƏmmƏdovundur

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video