01 Aprel 2012 12:04
568
Oxucu məktubları
A- A+

Qısa ömrün böyük hekayəti

 

O, cəmi 26 il yaşayıb. Lakin bu qısa ömründə çox zəngin elmi irs qoyub gedib. Cahangir Musa oğlu Nağıyevin adı Azərbaycanda ilk fəlsəfi fikrin tədqiqi sahəsində ehtiramla çəkilir. 1903-cü il martın 31-də Gəncədə anadan olub. Hələ körpə ikən valideynlərini itirib. Əsasən dayısı Xəlilovun himayəsində böyüyüb. İlk təhsilini ibtidai rus-tatar məktəbində alıb. Gəncə gimnaziyasını bitirib. C.Nağıyev 1922-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Sonra təhsilini Qırmızı Professura İnstitutunun Fəlsəfə fakültəsində davam etdirib.

Gənc Cahangir elmə, xüsusən fəlsəfəyə böyük maraq göstərirdi. Alman və fransız dillərini mükəmməl bilmiş, fars və ərəb dillərini qədərincə mənimsəmişdi. Müxtəlif fəlsəfə məktəbləri ilə tanış olmaq üçün onu Fransaya və Almaniyaya göndərirlər. Avropa səfərindən qayıtdıqdan sonra o, rus dilində "Deşan fəlsəfə sistemi" adlı sanballı bir kitab yazır. Ə.İsayevin "Gəncə və gəncəlilər" kitabında oxumuşam ki, Cahangir Nağıyev bir müddət Elmi-Tədqiqat Fəlsəfə İnstitutunda Fəlsəfə şöbəsinə rəhbərlik edib, ADU-da Dialektik materializm kafedrasının, habelə "İnqilab və mədəniyyət" jurnalında Fəlsəfə şöbəsinin müdiri olub. Mütəxəssislər onun "Hegeldə sosial fəlsəfə problemi" əsərinə yüksək qiymət verirlər.

Gənc alim ömrünün ən gözəl çağında - 1929-cu il noyabrın 16-da həyat yoldaşı ilə birlikdə faciəli surətdə həlak olur. Deyirlər, şəxsi arxivində bir sıra məqalələri, eləcə də "Adam Smitin dəyər nəzəriyyəsi" və "Ümumi metodoloji nisbət: Smit-Marks" əsərlərinin əlyazması qalmışdır. Onlar dörd qardaş idilər. Böyüyü Süleyman Nağıyev ailəyə atalıq edib, hamını oxudub, ərsəyə çatdırıb. Hüseyn Nağıyev Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru olub. Ənnağı Nağıyev Kiyev Dövlət Universitetinin Tibb fakültəsini bitirib. Hacıbaba Nağıyev də Moskvada təhsil aldıqdan sonra ömrü boyu Gəncə məktəblərində dərs deyib.

Aradan illər keçir. Deyirlər, unutsaq, biz də unudularıq. İstərdim ki, Nağıyevlər nəsli barədə məlumatı olanlar səs versinlər, öz fikirlərini söyləsinlər. Gec də olsa, bu qısa, lakin çox ibrətamiz insan ömrünün böyük hekayətini bərpa edək. Qoy gənc nəsillərə nümunə olsun.

 

Zahir ƏSGƏROV,

əmək veteranı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video