21 Aprel 2013 12:04
479
Oxucu məktubları
A- A+

Qırmızı qəsəbədə muzey-sinaqoq tikilir

 

Tolerantlığı ilə dünyaya nümunə olan respublikamızda bütün dinlərin nümayəndələri sərbəst və azad şəraitdə öz dini mərasimlərini həyata keçirir, Tanrıya sitayiş edirlər. Ölkəmizdə tolerantlığı ilə seçilən rayonlardan biri də Qubadır. Burada yaşayan digər xalqların yaşam tərzi, həyat şəraitlərinin yaxşılaşması istiqamətində xeyli iş görülüb.

Dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbədə də abadlıq-quruculuq işləri davam etdirilir. Burada həyata keçirilən layihələr, sözün həqiqi mənasında, qəsəbənin simasını dəyişdirib. Qəsəbənin Raşbil Zaxaryayev küçəsində dağ yəhudilərinin milli mədəniyyətini, adət-ənənələrini əks etdirən tarix-diyarşünaslıq muzeyi tikilir. Bu muzey həm də sinaqoq kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, muzey-sinaqoq əvvəlki yerində, eyni ilə köhnə binanın üslubunda inşa olunur. Obyektin dam örtüyü və günbəz hissəsi xüsusi ornamentlərlə işlənilib. İnşaat işlərində milli arxitektura gözlənilir: divarları içəridən mişar daşı ilə hörülüb, çöl tərəfi isə yenidən kərpiclə üzlənib.

Qəsəbədə həmçinin mədəniyyət və istirahət parkı da salınıb. Bu parkda aptek, ahıllar evi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar üçün əyləncə mərkəzinin yaradılması, fəvvarənin quraşdırılması nəzərdə tutulub. Hazırda parkın ərazisində yaşıllıq zolağı salınır.   

Qırmızı qəsəbənin yuxarı hissəsindəki 150 illik tarixi olan "Tağlı körpü"nün təmiri də başa çatmaq üzrədir. Körpünün altındakı istinad dayaqları möhkəmləndirilmiş, keçid hissəsində dəmirbeton quraşdırılması işləri də sona çatmışdır. İndi bu qəsəbə həqiqətən də rayonumuzun ən gözəl və müasir qəsəbələrindən biridir.

 

Qəhrəman QASIMOV,

Quba

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video