02 Dekabr 2011 01:12
461
SİYASƏT
A- A+

Qırğızıstanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimi olmuşdur

 

Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak etmişdir

 

Dekabrın 1-də Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında bu ölkənin yeni seçilmiş Prezdenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak etmişdir.

Türkiyə və Gürcüstan prezidentləri Abdullah Gül və Mixeil Saakaşvilinin, Qazaxıstanın və Tacikistanın Baş nazirləri Kərim Məsimov və Akil Akilovun, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin, Belarusun, Türkmənistanın və bir sıra digər dövlətlərin yüksək vəzifəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə Qırğızıstan Prezidenti Roza Otunbayeva yeni seçilmiş dövlət başçısı Almazbek Atambayevi təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tuyqunalı Abraimov Almazbek Atambayevin Qırğızıstan Prezidenti seçilməsi haqqında MSK-nın qərarını oxumuş, dövlət başçısını təbrik etmişdir. MSK-nın sədri demişdir ki, Almazbek Atambayev oktyabrın 30-da keçirilən prezident seçkilərində seçicilərin 62,52 faizinin səsini qazanmışdır.

Sonra o, Prezident vəsiqəsi, döş nişanı və ştandartı dövlət başçısına təqdim etmişdir.

Yeni dövlət başçısı Almazbek Atambayev çıxış edərək ona etimad göstərdiklərinə görə Qırğızıstanda yaşayan xalqlara minnətdarlığını bildirmişdir. Prezident demişdir ki, bu gündən Qırğızıstanın yeni tarixi başlayır, xalqımız sabitlik və birliyi seçmişdir.

Almazbek Atambayev demişdir: "Allah və xalq qarşısında and içirəm ki, dövlət başçısı kimi mənim üzərimə düşən vəzifələri ədalətlə yerinə yetirəcəyəm. Mən hər bir insanın və vətəndaşın hüquqlarını müdafiə edəcək, demokratik prinsipləri, xalqın birliyi və təhlükəsizliyini qoruyacağam".

Sonra Prezident Ağ Evin qarşısına gəlmiş, Ali Baş Komandan kimi Milli Qvardiyanın hərbi paradını qəbul etmişdir.

Bununla da Qırğızıstan Prezidentinin andiçmə mərasimi başa çatmış, dövlət başçısı rəsmi olaraq vəzifəsinin icrasına başlamışdır.

Almazbek Atambayev 1980-ci ildə Moskva İdarəetmə İnstitutunu bitirmiş, Qırğızıstanda müxtəlif vəzifələrdə işləmiş, iki dəfə Baş nazir olmuşdur.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Bişkek

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video