11 Sentyabr 2018 17:05
1055
Səhiyyə
A- A+

Qidanın miqdarı deyil, qəbul saatı daha vacibdir


Yuxu bioritminin pozulması və ya düzgün qidalanmamaq əvvəllər alimlərin hesab etdiyi kimi orqanizm üçün bir o qədər də təhlükəli deyil.

AZƏRTAC Mail.ru informasiya portalına istinadla xəbər verir ki, ABŞ-ın Solka Bioloji Tədqiqatlar İnstitutunun alimləri bu qənaətə gəliblər.

Mütəxəssislər bildiriblər ki, insan və heyvan orqanizmində özünün "bioloji saatı” ilə çalışan genlər var. Bu genlərdən bəziləri gündüz, bəziləri isə gecə işə düşür. Birincilər həzmə cavabdeh, ikincilər isə yara sağaldıcı keyfiyyətə malikdirlər. İndiyədək hesab olunurdu ki, gündəlik bu tsikl pozulduqda orqanizmin metabolizm prosesində də müəyyən dəyişikliklər baş verir. Lakin, alimlər sübut ediblər ki, rejim dəyişikliyi səbəbindən meydana çıxan bu pozuntuların fəsadları orqanizm tərəfindən on saat ərzində aradan qaldırılır.

Tədqiqatlar zamanı mütəxəssislər iki qrup siçovulun sutkalıq rejimində, xüsusilə də qidalanmalarında bəzi dəyişikliklər ediblər. Belə ki, birinci qrupdakılar daima yeməklə təmin olunarkən, digərləri hər on saatda bir dəfə qidalandırılıblar. Nəticədə birinci qrupdan olan siçovullar sürətlə kökəliblər. Onların çəkisi ilə yanaşı, qanlarında şəkərin miqdarı da artıb. İkinci qrupdakıların isə çəkisi dəyişməyib və onlarda sağlamlıq problemləri yaranmayıb.

Bununla da alimlər belə nəticəyə gəliblər ki, qidanın nə vaxt qəbul edilməsinin heç bir fərqi yoxdur-bu saat altıya qədər və ya sonra ola bilər. Burada əsas məsələ qidanın miqdarını məhdudlaşdırılması deyil, müəyyən yemək tsikli üzrə yeməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video