10:05 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qida zəhərlənmələri
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:45 31.10.2018

Qida zəhərlənmələri tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan çox kəskin haldır. Qida intoksikasiyası da adlandırılan bu halın ən geniş yayılmış formaları mikrobla və müxtəlif kateqoriyalı kimyəvi maddələrlə olan zəhərlənmələrdir. Bu formalara zəhərli bitki və bəzi heyvanların qida vasitəsi kimi qəbul edilməsi nəticəsində yaranan zəhərlən mələr də aiddir.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu barədə deyib: "Qida toksikonfeksiyaları patogen mikroblar və onların toksinləri ilə yoluxmuş qidaların yeyilməsi zamanı baş verir. Bu növ zəhərlənmələrin törədicisi əksər hallarda protey, stafilokoklar, klebsiyellalar, bağırsaq çöplərinin patogen ştampları və s. mikroblardır. Qidanın saxlanması, hazırlanması və istifadəsi zamanı sanitar-gigiyenik normaların pozulması ərzaqların yoluxmasına və onlarda toksinlərin toplanmasına səbəb olur.

Bəzi mikrobların toksinləri qaynatmaya qarşı dözümlüdür. Buna görə də hətta qaynadılmış xarab məhsullar zəhərlənməyə səbəb ola bilir. Əksər hallarda yoluxmuş qida xarab görünüşdə olur-rəngi, konsentrasiyası dəyişir, xoşagəlməz qoxu və dad yaranır. Xörəklərin qidaya yararlı olmadığını göstərən daha bir əlamət onun içində hava qabarcıqlarının olmasıdır. Lakin bir çox hallarda zəhərlənmə normal orqanoleptik xüsusiyyətlərə malik qidaların qəbulu zamanı baş verir.

Qida toksikoinfeksiyasının bir neçə xarakterik əlaməti var. Birincisi, xarab qidanın qəbulundan sonra zəhərlənmənin baş verməsi, ikincisi, qastroenterititn ilkin əlamətləri-təkrarlanan qusma, əziyyətli ürəkbulanma, güclü ishal. Qida toksikoinfeksiyası zamanı ishalla yanaşı bədən hərarətinin yüksəlməsi, titrətmə, əhvalın pisləşməsi kimi əlamətlər müşahidə olunur.

Üçüncüsü, xəstəlik 1-3 gün davam edir, əlamətləri yavaş-yavaş azalır. Zəhərlənmədən bir müddət sonra zəiflik, qarında sancılar və köp ola bilər”.

Qida toksikoinfeksiyası zamanı ilk yardım barədə məlumat verən həkim bunun üçün bir sıra tədbirlərin görülməsinin vacibliyini bildirib: "İlk növbədə mədənin ilıq qaynadılmış su və yaxud da iki faizli çay sodası məhlulu ilə yuyulması lazımdır. Həmçinin xəstəlik müddətində çox miqdarda su içmək məsləhətdir. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq suya bir çay qaşığı xörək duzu, bir çay qaşığı çay sodası və iki xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır.

İlk günlərdə qida qəbulu məhdudlaşdırılmalı, asan həzm olunan qidalar az-az və tez-tez yeyilməlidir.

Tənəffüsün birdən-birə pozulması və əzələ zəifliyi, qan qarışıqlı güclü ishal, yüksək qızdırma, uzun müddət davam edən sulu ishal və orqanizmin susuzlaşması zamanı mütləq həkimə müraciət edilməlidir".


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM