14:17 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qəzetdən qəzetə fərq var imiş
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
02:09 03.09.2011

 

Hörmətli redaksiya! Uzun müddət Rusiyada yaşamışam, orada hüquqi təhsil almışam, sonra da Vətənə qayıdıb  Qarabağ müharibəsində vuruşmuşam. Həmişə jurnalistlərə hörmətlə yanaşmışam. Ağlıma belə gəlməzdi ki, müxbirdən müxbirə fərq olarmış. İndi gördüm ki, hər şey elə yüz il əvvəl, bizim Məşədi İbadın dövründəki kimi imiş. Biri deyir ki, Məşədi, yüz manat ver, onu qəzetimdə biabır edim, o biri deyir ki, 50 manat ver...  Uzun sözün qısası, mən də bu qəzet qoçularından  gördüyümü gördüm.

2009-cu ilin iyun ayında Hacıqabul rayonunun hərbi şəhərciyindəki kiçik çayçıda məndən aralıda  əyləşib öz aralarında ucadan danışan iki nəfər diqqətimi çəkdi.  Biri o birisinə deyirdi ki, yadındadırmı, filənkəsin problemi var idi, necə asanlıqla həll etdik? Filankəsi işdən qovmuşdular, qaytardıq yerinə.  Onlara qulaq asdıqca fikirləşirdim ki, əgər bunların əli bir belə uzundursa, mənə də müharibə iştirakçısı hüquqlarımı bərpa etməkdə kömək edə bilərlər. Özlərini "Qulp" qəzetinin əməkdaşları Feyzi və Namiq kimi təqdim etdilər, sinələrinə döydülər ki, onların girişmədikləri və aşırmadıqları iş yoxdur. Onları evimə apardım, yedilər, içdilər, yenə and içdilər ki, alçaq dağları da, böyüklərini də yaradan, yıxan bunlardı. Sənədlərimə baxdılar, hərbi biletimi yoxladılar və məni elə tərifə tutdular ki, beş-altı dəqiqə qulaq asandan  sonra az qala özümü Milli Qəhrəman sayırdım. Elə bilirdim ki, mənə ev də verməlidirlər, maşın da! Feyzi ilə Namiq məni hipnoz eləmişdilər. Ancaq başa düşməli idim ki, bu müxbirlərin taktikası "Ayının min oyunu var, hamısı da bir armudun başında" atalar sözü üstündə köklənib.

Birinci dəfə qəzet "qoçuları" məndən 175 manat aldılar ki, ambudsmana məktub yazacaqlar. Yazdılar da, mənə də imza atdırdılar. Bir həftədən sonra Hərbi Komissarlığın arxivinə məktub hazırlayıb mənə qol çəkdirəndə yenə 120 manat aldılar.  Bu minvalla müxtəlif idarə və təşkilatlara məktub hazırlamaq, mənim işimin həllini sürətləndirmək adı altında təxminən 16 ay ərzində məndən xırda-xırda 1600 manat pul aldılar. Ən az alanda 80, çox alanda isə 400 manat alıblar. Onlar  Hacıqabula gələndə artıq pulsuz qayıtmayacaqlarına vərdiş etmişdilər. Ancaq 5-6 ay bundan qabaq daha dözmədim, hövsələdən çıxdım ki, il yarımdı gəlib-gedirsiniz, hər gələndə də pul istəyirsiniz, daha bəsdir, sizə inamım qalmadı.

Amma bu baş verənlərin içində hamıdan betər məni yandıran iki şey oldu. Onlar olmasaydı, bəlkə heç qəzetə də yazmazdım.  Birincisi, onlar mənə rayonumuzda müharibə iştirakçıları üçün tikilən evi göstərib demişdilər ki, get seç, hansı mərtəbə xoşuna gəlsə, onu da sənə təşkil edəcəyik. İkincisi, Milli Məclisin nüfuzlu bir deputatının adını çəkib inandırdılar ki, o səni müharibə iştirakçısı kimi şəxsən tanıyır, özü sənə kömək edir. Sonra da gəldilər məndən onun oğlunun kiçik toyuna atmağa 400 manat alıb getdilər. Sonra maraqlananda öyrəndim ki, həmin deputatın 60 yaşı var. O yaşda da uşağı yoxdur ki, kiçik toyunu eləsin. 

Mən onlardan pulumu tələb edəndə isə itdilər, telefona cavab vermədilər, sonra da tamamilə yoxa çıxdılar. İndi Namiq də, Feyzi də qeyb olublar, telefonları da  söndürülüb. "Qulp" adında qəzetin nə ünvanını, nə də ki redaksiyasını tapa bilirəm.  

 

Hüseyn ABBASOV,

Hacıqabul



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM