16:54 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:19 21.01.2021

 

Qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı hazırkı vəziyyət açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, saat 10:00-a olan məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır və hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlənib, duz və qum səpilib. Siyəzən-Şabran rayonlarından keçən ərazidə 1-2 dərəcə şaxta, Quba rayonundan keçən ərazidə 3-4 dərəcə şaxta var. Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hazırda da keçirilməsi davam etdirilir.

Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan ərazidə 8-11 santimetr qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən yolun bəzi hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hazırda zəif qar yağır. Nəqliyyatın hərəkəti təmin olunub və bu istiqamətdə işlər görülür.

Giləzi-Xızı yolunda gecə saatlarında güclü qar yağıb və şaxta olub. Hazırda zəif qar yağır, 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizləmiş duz-qum qarışığı səpilmə işləri həyata keçirilib. Nəqliyyatın hərəkəti təmin olunub. Yolda buzlaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Bakı-Qobustan yolunun Abşeron rayonu ərazisinə zəif qar yağır, gecə saatlarında yol qardan təmizlənib, qum-duz səpilib. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı marşrut boyunca gecə saatlarında qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. 2-3 dərəcə şaxta var, yağıntı yoxdur. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Muğanlı-Ağsu-Yevlax yolunun Muğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq Ağsu dolaylarında yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Hacıqabul–Ucar–Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax–Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı–İsmayıllı yolunda zəif qar yağır, yolda qar yoxdur, yolun kənarlarında 30-35 santimetr qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib. Bununla yanaşı, kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisinə zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar əriyib. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki–Qax–Zaqatala–Gürcüstanla dövlət sərhədi yolunda marşrutboyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Yevlax–Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 15 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Şəmkir-Gədəbəy avtomobil yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 15-16 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt-Astara–İranla dövlət sərhədi avtomobil yolunda marşrutboyu gecə saatlarında sulu qar və qar yağıb, temperatur müsbət olduğundan əriyib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Masallı–Yardımlı yolunun Yardımlı rayonu ərazisində 15 santimetr qar yağıb, hazırda zəif qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran–Lerik avtomobil yolunun Lerik rayonu ərazisində 20-25 santimetr qar yağıb, hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM