20:54 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qeyri-neft sektorunun inkişafında regionların rolu artır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:54 29.07.2021

 

İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru da cənnətə çevirməkdə israrlıdır

 

Ölkəmizin hərtərəfli inkişafında və əhalinin sosial rifahının daha da yaxşılaşmasında regionların sosial-iqtisadi tərəqqisinin mühüm rolu və əhəmiyyəti danılmaz reallıqdır.

Bölgələrin inkişafı həmçinin ərzaq təhlükəsilziyinin və məşğulluğun təmin edilməsində önəmli rola malikdir. Prezident İlham Əliyevin regionlara müntəzəm səfərləri və həmin səfərlər çərçivəsində çoxsaylı obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etməsi, eyni zamanda yeni layihələrin gerçəkləşməsi üçün sərəncamlar imzalaması isə bu inkişafa əlavə təkan verir.

2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair  dövlət proqramlarının icrası bölgələrimizin simasını tamamilə dəyişmişdir. Məhz bu proqramların icrası sayəsində regionlarda minlərlə sosial-iqtisadi obyektlər fəaliyyətə başlamış və nəticədə həm yerlərdə əhalinin məşğulluğu təmin olunmuş, həm də qeyri-neft məhsullarının istehsalı artmışdır.

Daşkəsən rayonundakı “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Sahəsinin fəaliyyəti də qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Bu müəssisənin fəaliyyətə başlaması sayəsində ölkədə qeyri-neft sahəsində qızılın ixracı yüksək səviyyəyə yüksəlmişdir. Belə ki, 2016-cı ildə QSC-nin “Çovdar” qızıl mədəni fəaliyyətə başlayandan indiyədək burada 252 min unsiya qızıl istehsal edilmişdir. Qarşıdakı illər ərzində hasilatın daha da artırılaraq 338 min unsiya qızıl istehsalına nail olmaq proqnozlaşdırılmışdır. İstehsalın düzgün qurulması, müasir texnika və texnologiyalardan istifadə edilməsi nəticəsində ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb olunmuşdur. Onu da qeyd edək ki, indiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan artıq gümüş ixrac edilmişdir.

Gələcəkdə Zəngilandakı Vecnəli və Kəlbəcərdəki Söyüdlü qızıl yataqlarının istismara verilməsi bu sahə üzrə ölkəmizin ixrac potensialını daha da artıracaq.

Məlumdur ki, Azərbaycan neft-qazla yanaşı, zəngin filiz yataqlarına da malikdir. Ölkəmiz sovet dönəmindən bu sahədə zəngin təcrübə əldə etmişdir. İndi həmin yataqların müasir texnika və texnologiyalardan istifadə edilməklə istismar olunması daha yüksək gəlirə imkan yaradacaq. Həm də bu işlər ətraf mühitə ziyan vurmadan həyata keçiriləcək.

Dövlət başçısının müvafiq sərəncamı ilə metallurgiya sənayesini inkişaf etdirmək məqsədilə “Daşkəsən Dəmir Filiz” MMC “AzerGold”un fəaliyyət sahəsinə daxil edilmişdir. Məqsəd qısa müddət ərzində dəmir filiz yataqlarının istismara verilməsini və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala olan tələbatın təmin edilməsini yaxşılaşdırmaqdır.

Amma ölkəmizdə iqtisadi layihələrlə yanaşı, sosial infrastrukturun yaradılmasına da xüsusi diqqət yetirilir.  Prezident İlham Əliyevin  bölgələrə səfərləri zamanı bu cür  obyektlərin açılışını etməsi də bunun  təsdiqidir.

Belə müəssisələrdən biri Naftalan Mərkəzi Sanatoriyasıdır. Ümumiyyətlə,  Naftalan qədimdən öz müalicəvi nefti ilə məşhur olmuşdur. Bu sağlamlıq ocağına vaxtilə  SSRİ-nin müxtəlif yerləri ilə yanaşı, xarici ölkələrdən də gəlirdilər. Şəhərdə infrastrukturun qurulmasına və sağlamlıq ocaqlarının imkanlarının genişləndirilməsinə Ümummilli Lider Heydər Əliyev böyük qayğıkeşlik göstərmişdir. Bu kiçik şəhərdə müalicə olunanların rahatlığı üçün Ulu Öndərin təşəbbüsü ilə 1977-ci ildə hava limanı tikilərək istifadəyə verilmişdir. Lakin Ermənistanın işğalçı siyasəti başlayandan hava limanının fasiləsiz atəşə tutulması  1997-ci ildə  onun fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Vətən müharibəsi zamanı da ermənilər bu şəhəri dəfələrlə atəşə tutmuşlar.

Bu gün  Naftalandakı kurort-sanatoriya müəssisələrində 1000 nəfərdən çox işçi çalışır. Yeni sanatoriya da həm şəhər əhalisinin məşğulluğunun təminatına əlavə imkan verəcək, həm də turistlərin sayını artıracaq. Yeri gəlmişkən qeyd edək ki, son illər Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilmişdir. Bu gün  şəhərdəki sağlamlıq mərkəzləri gün ərzində 3 minə yaxın turistə xidmət göstərmək imkanına malikdir. Həmin müəssisələrdə xidmətin yüksək olması əcnəbilər üçün də cəlbedicidir. Pandemiyadan öncə - 2019-cu ildə 60 ölkədən 1200-dən çox turist şəhərdəki müəssisələrin xidmətindən istifadə etmişdir. Nəzərə alsaq ki, cari il Naftalanda daha 4 sanatoriya kompleksinin açılışı gözlənilir, onda pandemiya qadağalarının səngiyəcəyi halda şəhərə daha çox əcnəbi qonağın gələcəyi şübhəsizdir. Elə bu reallığın özü ölkə iqtisadiyyatının əsasən qeyri-neft sektoruna kökləndiyini göstərir.   

Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısı bu yaxınlarda Azərbaycan Televiziyasına verdiyi  müsahibədə ölkə iqtisadiyyatı ilə bağlı geniş məlumat vermişdir. Bildirmişdir ki, cari ilin 6 ayında ölkə iqtisadiyyatında müsbət dinamika müşahidə edilir. OPEC+ razılaşmasının yerinə yetirilməsi ilə bağlı sənaye istehsalında 0,3 faiz azalma olsa da, qeyri-neft sənayesində 16,6 faiz artım var və bu rəqəmin ilin sonunda daha da yüksəlməsi gözlənilir. 

Müsahibədən məlum olur ki, 6 ayda ümumi məhsul ixracında 15, qeyri-neft məhsullarının ixracında isə

27 faiz artım qeydə alınmışdır. İxracın artması  xarici ticarətdə müsbət saldonun yaranmasına da öz təsirini göstərmişdir. Cari ilin birinci yarısında  müsbət saldonun dəyəri 3,4 milyard dollardır və ilin sonuna qədər bu rəqəmin 6-7 milyard dollar olması proqnozlaşdırılır. Onu da qeyd edək ki, hazırda koronavirus pandemiyası ilə bağlı dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkəmizin bu sahədə əldə etdiyi uğurlar göstərir ki, aparılan islahatlar iqtisadiyyatımızın dinamik inkişafını və xarici təsirlərə çevik cavab vermək qabiliyyətini təmin edir.

Prezident vurğulamışdır ki, yarım ildə valyuta ehtiyatlarımız da 1 milyard dollar artmışdır. İndi ölkəmizin 52 milyard dollar valyuta ehtiyatı var. Dünyanın inkişaf etmiş ölkələri sürətlə borclanmaya getdiyi halda, ölkəmizin belə bir problemi yoxdur. Halbuki inkişaf etmiş bir çox ölkələrdə borc ümumi daxili məhsulun 100, bəzən 120 faizini təşkil edir. Azərbaycanda isə bu rəqəm cəmi 19 faizdir.

Dövlət başçısı müsahibəsində işğaldan azad edilən ərazilərdə görülən işlər barədə də geniş söhbət açmışdır. Bildirmişdir ki, həmin ərazilərdə 3 aeroport tikilir, “Zəfər” yolunda görülən işlərin sentyabr ayında tamamlanması gözlənilir. Bununla paralel olaraq, Füzuli-Şuşa, 4-6 zolaqlı Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolları çəkilir, yüksək dağlıq rayonu olan Kəlbəcərə rahat gedib-gəlmək üçün Göygöl rayonu ərazisindən Ömər aşırımı üzərindən yolun tikintisi aparılır. Həmin yoldan ilin bütün fəsillərində istifadə etmək mümkün olacaq. 

Ən vacibi isə odur ki, bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına görür: “Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM