14 Sentyabr 2021 21:06
434
İQTİSADİYYAT
A- A+

Qeyri-neft sektoru üzrə idxal 4 milyard dollar olub

 

2021-ci ilin 6 ayı üzrə əmtəə idxalı 0,9 faiz artaraq 4,8 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 2,4 milyard dollar olub, bunun da 806 milyon dolları ərzaq məhsullarının payına düşür.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə idxal 0,7 faiz artaraq 4 milyard dollar olub. Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (5,7 dəfə), şəkərin (47,6 faiz), dəmiryol nəqliyyat vasitələrinin (2,7 dəfə), əczaçılıq məhsullarının (40, 2 faiz), minik avtomobillərinin (39,3 faiz), tütün və tütün məhsullarının (28,5 faiz), mebel məhsullarının (25,3 faiz), ağac məmulatlarının (15,8 faiz), dənli bitkilərin (15,5 faiz), tərəvəz məhsullarının (9,2 faiz) və kağız məmulatlarının (8,1 faiz) idxalı artıb, uçuş aparatlarının (6,6 dəfə), metalların (39,6 faiz), sabun və yuyucu vasitələrin (10,4 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 9,1 faiz təşkil edərək 0,4 milyard dollar olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video