19 Oktyabr 2021 00:34
1024
İDMAN
A- A+

“Qələbə Yürüşü” kuboku uğrunda mübarizə başa çatdı

 

Zəfər bayramı ərəfəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası vətənpərvərlik ruhunda təşkil olunacaq yarışlar silsiləsinə start verib. Belə ki, 15-16 oktyabr 2021-ci il tarixlərdə Sərhədçi Atçılıq Mərkəzinin açıq manejində “Qələbə Yürüşü” kuboku uğrunda konkur yarışları keçirilib.

“E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

İlk yarış 15 oktyabr tarixdə saat 12:00-dan etibarən başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 9 idmançının iştirak etdiyi mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı, Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, Elit Atçılıq Klubunun idmançısı Məhəmməd İsgəndərov “Meq” ləqəbli atla 2-ci yerin sahibi olub. 3-cü yerdə Sərhədçi Atçılıq klubunun idmançısı Qəzənfər Fərzəliyev qərarlaşıb.

Günün 2-ci yarışı saat 13:30-dan etibarən başlayıb. “L” kateqoriyası üzrə, hündürlüyü 110 sm olan yarışda 12 idmançı iştirak edib. Nəticədə Gilan Atçılıq Klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 1-ci yerin sahibi olub. 2-ci yerə Sərhədçi Atçılıq Klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla yüksəlib. 3-cü yerdə “Elano C” ləqəbli atla “Murad” Atçılıq Klubunun idmançısı Kənan Novruzov qərarlaşıb. Sərhədçi Atçılıq Klubunun idmançısı Seyid Musayev ikinci atı olan “Zirvə” ləqəbli atla 4-cü yerin sahibi olub. 5-ci yerdə “Murad” Atçılıq Klubunun idmançısı Kənan Novruzov “D'Amour” ləqəbli atla qərarlaşıb.

Nəhayət, 16 oktyabr tarixdə saat 12:00-dan etibarən üçüncü və turnirin son yarışına start verilib. “M**” kateqoriyalı 125 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 9 at iştirak edib. “Buta Golden” Atçılıq Klubunun idmançısı Eqor Morotskiy “Astrello” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Qələbə Yürüşü” kubokunun sahibi olub. Sərhədçi Atçılıq Klubunun idmançısı Seyid Musayev “Zirvə” ləqəbli atla 2-ci və “Ayla” ləqəbli  atla 3-cü yerdə qərarlaşıblar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video