16:04 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qəhvə Parkinson xəstəliyi riskini azaldır
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:48 06.10.2021

 

Tədqiqatçılar sinir sistemi xəstəliyi ilə kofein tərkibli qidaların qəbul edilməsi arasındakı əlaqəni geniş miqyaslı şəkildə təhlil ediblər.

Bütün dünyada alimlər qəhvə içməyin faydası və ziyanı haqqında mübahisə etməyə davam edirlər.

AZƏRTAC “Medik Forum”a istinadla xəbər verir ki, bu sahədə növbəti irəliləyiş, Parkinson xəstəliyinin inkişafına və qəhvə və kofein tərkibli məhsulların tədqiqat sahəsinə daxil olan xəstələr tərəfindən qəbul edilməsinə toxunan bir çox digər müşahidələrin məlumatlarının meta-təhlilini aparan tədqiqatçılar tərəfindən edilib.

Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq kofein qəbul edən sağlam insanlarda, sonrakı qiymətləndirmə zamanı bu xəstəliyin inkişaf riski əhəmiyyətli dərəcədə aşağı olur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM