25 Iyul 2021 00:34
2506
Elm və texnika
A- A+

Qəhvə ağacları harada bitir?

 

Qəhvə ağacı çoxillik, istiliksevən, həmişəyaşıl ağacdır. Hazırda 50-dən çox ölkədə müxtəlif növlü qəhvə bitkisi yetişdirilir. Lakin qəhvə ağacının üç növü - Ərəbistan, Liberiya və Robusta sənaye əhəmiyyətinə malikdir.

Ərəbistan qəhvəsinin ağacı Efiopiyanın cənub-qərb hissəsində və bir çox tropik ölkələrdə bitir. Onun hündürlüyü 5-8 metrdir. Ərəbistan qəhvəsinin kürəşəkilli və ya oval formalı meyvələri olur, ölçüsü albalıdan bir qədər kiçikdir.

Adətən, hər meyvədə cüt yarıoval, bir-birinə sıxılmış dənlər (toxumlar) yerləşir. Qəhvə ağacının meyvəsi meyvə lətindən, qabıqdan, qılafdan və təmiz dəndən ibarətdir. Liberiya qəhvə ağacının vətəni Qərbi Afrika, Atlantik okeanın sahili, Liberiyanın, Qvineyanın, Qananın, Nigeriyanın, Konqonun, Anqolanın və s. rayonlarıdır. Ağacın hündürlüyü 10 metrə qədərdir. Dənləri Ərəbistan qəhvəsinin dənlərinə oxşayır, lakin bir qədər iridir. Keyfiyyətinə görə yalnız Ərəbistan qəhvəsindən geri qalır və daha kobud ətir verir. Robusta növlü qəhvə ağacı müxtəlif xəstəliklərə və iqlim şərtlərinə qarşı ən davamlı və dözümlü ağacdır. Qəhvə bitkisinin bu növü öz adını latın sözündən götürüb, bu da möhkəm, davamlı deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video