10:48 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Qəhrəman olmağa çox yaxın idik”

ANA SƏHİFƏ / İDMAN
01:43 25.06.2021

 

Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Avro-2020”nin qrup mərhələsinin üçüncü turunda Almaniya ilə heç-heçə etdikləri matçdan (2:2) sonra yarışla vidalaşmaları barədə danışıb.

Mütəxəssis futbolçularının öz üzərlərinə düşən hər şeyi etdiyini deyib: “Qəhrəman olmağa çox yaxın idik. Almaniyaya qalib gəlmək, növbəti mərhələyə adlamaq yalnız tarixi deyil, tamamilə ağlasığmaz  hadisə olardı. Ancaq ən yaxşı nağıllarda belə sonluq həmişə xoşbəxt olmur. Bilirəm ki, texniki cəhətdən dünyada ən yaxşı deyilik. Müdafiədəki oyunumuz, bir-birimizə kömək etməyimiz heyrətamizdir. Düzü, hücum futbolunu da sevirəm, amma rəqiblərimizin kim olduğunu nəzərə almalıydım. Əsas odur ki, qorxmurduq və futbolçular mənim istədiyim hər şeyi etdilər. 7-8 milyon macarıstanlı evdə bizə baxdı. Onlar bizim mübarizəmizlə fəxr edə bilər”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM