26 Avqust 2012 01:08
438
Oxucu məktubları
A- A+

Qədiliyə yeni yol çəkilir

 

Qırmızı Samux səmtinə yol çəkiləndə dedilər ki, bizim də yolumuz sahmana salınacaq. Sevindik. Di gəl ki, arzumuz ürəyimizdə qaldı. Qırmızı Samux yolu tamamilə başqa səmtdən keçdi. Yenə də ümidimiz üzülmədi. Bilirdik ki, gec-tez yol işimiz yoluna düşəcək. Həqiqətən də belə oldu.

Prezident İlham Əliyevin 2012-ci il 10 aprel tarixli sərəncamı ilə Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikilməsi qərara alındı və bu məqsədlə Samux Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrıldı. "Avtotransyol" MMC-nin mütəxəssisləri gəldilər. Texnika gətirildi. Qısa müddət ərzində hər yanda qızğın iş başlandı. Sarısu çayı üzərində körpü-keçid salındı. Yollar genişləndi, çala-çuxur hamarlandı, səkilər düzəldildi. Hər yan sahmana salındı. İndi asfalt döşənir. İş sürətlə gedir. Yolun istifadəyə verilməsinə az qalıb. Bununla da, on yeddi min nəfər əhalinin yaşadığı altı yaşayış məntəqəsini birləşdirən müasir quruluşlu avtomobil yolu istifadəyə veriləcəkdir.

 

Saleh CƏFƏROV,

Samux rayonundakı Seyidlər kəndinin sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video