22 Sentyabr 2021 21:59
1281
PARLAMENT
A- A+

QDİƏT Parlament Məclisinin İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin 57-ci iclası keçirilib

 

Sentyabrın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin videokonfrans formatında 57-ci iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri Eldar İbrahimov və Elşad Mirbəşiroğlu, həmçinin digər üzv ölkələrin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin sədri Petar Kanevin (Bolqarıstan) məlumatı dinlənildikdən sonra gündəlik qəbul edilib, komitənin 2021-ci ilin mart ayında onlayn rejimdə keçirilmiş 56-cı iclasının protokolu təsdiqlənib.

Sonra “QDİƏT-ə üzv dövlətlərdə əczaçılıq sənayesi sahəsində əməkdaşlıq” mövzusuna həsr olunmuş məruzə layihəsini Rusiya nümayəndə heyətinin üzvü Aleksey Kobilyev, tövsiyə layihəsini isə komitənin sədri Petar Kanev təqdim ediblər.

Hər iki təqdimatda dünya iqtisadiyyatının ən innovativ sahələrindən olan müasir əczaçılıq sənayesi ətraflı təhlil olunub. Xəstəliklərin qarşısının alınması və müalicəsi üçün yeni və sınaqdan çıxmış dərmanlar, peyvəndlər hazırlayan əczaçıların çox vacib missiya həyata keçirdiyi vurğulanıb. Xüsusilə COVID-19 pandemiyasının yaratdığı qlobal sağlamlıq böhranı şəraitində dünyada milyonlarla insanın həyatını xilas etmək üçün dərman sənayesinin operativ və təcili yardım təmin etmək problemi ilə üzləşdiyi, dünya miqyasında səhiyyə sahəsində yeni yanaşmaların vacibliyinin ortaya çıxdığı qeyd olunub.

Ümumdünya Səhiyyə Təşkilatına istinadən diqqətə çatdırılıb ki, hazırda təxminən 2 milyard insan üçün əsas dərman vasitələri əlçatmaz olaraq qalır, dünya əhalisinin tam yarısı isə əsas tibbi xidmətlərdən yararlana bilmir.

Məruzələrdə vurğulanıb ki, pandemiya dövründə problemin aktuallığını nəzərə alan QDİƏT PM böhranın aradan qaldırılması üçün üzv ölkələri lazımi daxili islahatlar aparmağa, əlaqədar beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı gücləndirməyə çağırıb, müvafiq hesabat və tövsiyələr hazırlayıb.

Mövzu ətrafında aparılan müzakirələr zamanı Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürk ölkəsində dərman bazarı və əczaçılıq sənayesinin durumu barədə məlumat verib.

Sonra iclasda “QDİƏT-ə üzv dövlətlərdə əczaçılıq sənayesi sahəsində əməkdaşlıq” mövzusunda məruzə və tövsiyə layihəsi təsdiqlənib, Baş Assambleyada təqdim olunması üçün komitədəki məruzəçilər təyin olunub.

Onlayn iclasda təşkilati məsələlərə də baxılıb. Yunanıstan nümayəndə heyətinin üzvü Mariya-Aleksandra Kefala QDİƏT PM İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin sədr müavini seçilib. Komitənin növbəti iclasının vaxtı, yeri və gündəliyi müəyyənləşdirilib.

Sonra QDİƏT-in cari fəaliyyəti barədə məlumat dinlənilib.

Onlayn tədbiri yekunlaşdıran Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev iclasda müzakirə olunan məsələlərə dair fikirlərini açıqlayıb, milli nümayəndə heyətlərinə, eləcə də quruma yeni qoşulan ölkələrin təmsilçilərinə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video