01 Mart 2021 17:00
678
SİYASƏT
A- A+

QDİƏT-nin Parlament Məclisinin reqlament üzrə işçi qrupunun iclas keçirilib

 

Martın 1-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Reqlament üzrə İşçi Qrupunun onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və quruma üzv ölkələrin nümayəndələri iştirak ediblər.

QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanovun (Rusiya) sədrlik etdiyi iclasda Rusiya, Bolqarıstan, Yunanıstan və təşkilatın baş katibi Asəf Hacıyev tərəfindən irəli sürülən QDİƏT PM-in Reqlamentinə və Beynəlxalq Katibliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər barədə məsələyə baxılıb.

İclasda çıxış edən QDİƏT PM-in Baş katibi Asəf Hacıyev, işçi qrupunun üzvləri Peter Kanev, Violeta İvanov, Anna Purtova, Simeon Kedikoğlu, Cemal Öztürk təklif olunan dəyişikliklər barədə fikirlərini söyləyiblər.

Reqlament üzrə işçi qrup İqtisadi, ticari, texnoloji və ekoloji məsələlər üzrə komitənin bölünməsini, rəhbər vəzifələrin rotasiya müddətinin 1 il azaldılmasını və digər məsələləri əhatə edən 10-a yaxın təklifi dəyərləndirib. Bəzi məsələlərə isə yenidən baxılması, əksəriyyətinin isə Hüquqi və siyasi məsələlər komitəsində müzakirə olunması barədə qərar qəbul edilib.

Bununla da QDİƏT PM-in Reqlament üzrə işçi qrupunun iclası öz işini başa çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video