17 Dekabr 2011 12:12
444
DÜNYA
A- A+

Qazaxıstanda iğtişaşlar

 

Qazaxıstanın Mangistau vilayətinin Janaozen şəhərində iğtişaşlar baş vermişdir. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat vermişdir.

Məlumata görə, bir qrup şəxs şəhərin mərkəzi meydanında müstəqillik günü bayram edilərkən iğtişaş törətmişdir. İki polis əməkdaşı xəsarət almışdır. Faktla bağlı cinayət işi qaldırılmışdır.

Şəhər administrasiyasının nümayəndəsi Aynaş Tlepkabılovanın dediyinə görə, iğtişaşçılar taxta və dəmir parçaları, habelə yandırıcı maddələrlə silahlanmışdılar. Onlar meydana gəlmiş adamları qovaraq Yeni il yolkasını və avtobusu yandırmışlar. Bundan əlavə, 5 polis əməkdaşına xəsarət yetirildiyi bildirilir.

Bəzi mənbələr iğtişaş zamanı atəş açıldığını, habelə şəhər administrasiyasının binasında yanğın baş verdiyi barədə məlumat yaymışdır.

Janaozendə 6 aydan çoxdur ki, əməkhaqlarının azlığından narazı olan neftçilər tətil keçirirlər. "Lada" qəzeti yazır ki, iğtişaşlarda tətilçilər də iştirak etmişlər. Lakin prokurorluq bu məlumatı təsdiq etmir.

Xatırladaq ki, 2009-cu ilin dekabrında Janaozendə 3 min nəfərə yaxın işsiz nümayiş keçirmişdir. Sonradan nümayişçilər "Uzenmunayqaz" şirkətinin inzibati binasına hücum etmişdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video