11:34 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qazaxıstan Xəzər dənizində yeni neft quyularının kəşfiyyatına başlayacaq
 
ANA SƏHİFƏ / DÜNYA
14:55 23.09.2021

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin sahilində yerləşən Mangistau bölgəsində yeni neft və qaz quyularının kəşfiyyat işlərinə başlayacaqlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ölkə başçısı zəngin neft və qaz ehtiyatlarına malik olan Mangistau vilayətinin sosial-iqtisadi inkişafını qiymətləndirərək geoloji kəşfiyyata qoyulan investisiyaların artacağını və yeni qazma işlərinin aparılacağını bildirib.

Kasım-Jomart Tokayev 2030-cu ilə qədər neft yataqlarının tədricən tükənməsi və neft hasilatının azalması ilə bağlı problemə toxunub.

Prezident bu problemi həll etmək üçün geoloji kəşfiyyata sərmayə qoymağı və yeni yataqların axtarışını, bu işdə ilin sonuna qədər yaradılacaq Milli Geoloji Kəşfiyyat İdarəsinin əhəmiyyətli yer tutacağını xüsusilə vurğulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM