02 Aprel 2014 03:04
408
Səhiyyə
A- A+

Qazaxda tibbi müayinədən keçən əhalinin 2 min nəfəri ambulator və stasionar müalicəyə cəlb olunmuşdur

Ölkəmizdə əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilir.

Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya sakinlər arasında geniş təbliğat, təşviqat və məlumatlandırma işləri aparır. Bunun nəticəsidir ki, əhali aksiyada mütəşəkkil sürətdə iştirak edir. Fevralın 17-dən indiyədək rayonun 33356 nəfər sakini hərtərəfli müayinə olunmuşdur. Onlardan 1921 nəfəri ambulator, 65 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 16 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Mərkəzi rayon xəstəxanasının baş həkim Arzu Novruzov AzərTAc-a bildirmişdir ki, müayinədən keçən insanlarda ən çox ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet və digər xəstəliklər müşahidə olunur.
Rayon sakinləri bu nəcib aksiyanı dövlətimizin başçısının vətəndaşlara diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video