05:02 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:16 29.09.2021

Qalib sərkərdə


01:15 29.09.2021

Haqqın Zəfər yürüşü


01:09 29.09.2021

29 sentyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qayıqdan gəmiyə doğru

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:33 31.07.2021

 

Dəniz nəqliyyatı kimi hazırlanan qayıqlar artıq gəmi formasını almağa başlamışdı. İlk qayıqlardan sonra meydana çıxan “Kufu” gəmisi adlanan vasitə həmin zamana qədər məlum olan ən fərqli görünüşlü gəmi idi.

Gəmi eramızdan əvvəl 3-cü minillikdə misirlilər tərəfindən hazırlanıb. “Giza” piramida kompleksində çuxura basdırılmış vəziyyətdə tapılan gəminin uzunluğu 43.6 metr, eni isə 5.9 metrdir. Gəmi o zamana qədər bütöv parça halında tapılan ilk ən qədim gəmidir. Hazırda da gəmi suyun üzərinə qoyularsa, sərbəst hərəkət edə bilər. “Kufu” gəmisi “Giza” piramida muzeyində ictimaiyyətə nümayiş etdirilir.

Eramızın başlanğıclarına nəzər yetirsək, kifayət qədər təkmilləşdirilmiş gəmi növləri ilə qarşılaşarıq. Gəmiçilikdə xüsusilə fərqlənən, dənizlərin şahı adlandırılan Vikinqlər özünəməxsus gəmiləri ilə seçilirdilər. Vikinqlərə məxsus 9-cu əsrdə hazırlanan ilk Vikinq gəmilərindən biri olan “Oseberq” heyvan naxışlarının palıd üzərinə oyulması ilə bəzədilib, xüsusi zərifliyi ilə seçilir. Norveçdə böyük bir kurqanda aşkar edilib. Gəminin uzunluğu 21.5, eni 5.1 metrdir. Gəmidə 15 cüt avar çuxuru var, yəni 30 nəfər gəmini avarla hərəkətə gətirə bilər. Gəminin hazırlanan maketi ilə eksperiment zamanı 10 düyünə qədər sürətləndiyi qeydə alınıb. Bu da onu göstərir ki, “Oseberq” gəmisi Vikinqlərin ən məşhur gəmilərindən olmaqla yanaşı, kifayət qədər sürətli və əzəmətlidir. Norveçdə “Vikinq” gəmi muzeyində nümayiş olunur.

 

Aydan XƏLİLOVA,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM