Qayğıya əməli işlə cavab verəcəyik
Möhtərəm Prezident!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin dahiyanəliklə düşünülmüş, müstəqil Azərbaycanın çiçəklənməsinə xidmət edən daxili və xarici siyasətinin davamı kimi müasir dövrün tələblərinə uyğun həyata keçirdiyiniz layihələr ölkəmizin iqtisadi gücünü artırmış, bütövlükdə respublikamızın simasının dəyişməsinə, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmışdır. Son illər ərzində ölkəmizdə 1 milyona yaxın yeni iş yerinin yaradılması, bu il 900 minə yaxın insanın pensiyalarının 40 faizə qədər artımı, ünvanlı sosial yardım proqramının əhatə etdiyi 125 min ailənin hər birinə ayda orta hesabla 104 manat məbləğində maddi yardım olunması bilavasitə Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsidir.
Cənab Prezident! Məhz Sizin imzaladığınız regionların sosial-iqtisadi inkişafı dövlət proqramları respublikamızın ayrı-ayrı regionlarının, şəhər və kəndlərinin inkişafına təkan vermişdir. Həmin proqramların icrasının nəticəsi olaraq regionların sosial problemləri aradan qaldırılır, müasir dövrün tələblərinə cavab verən, dünyanın qabaqcıl texnologiyaları ilə təmin olunmuş yeni-yeni istehsal sahələri, sənaye müəssisələri, təhsil, səhiyyə və mədəniyyət obyektləri əhalinin istifadəsinə verilir. Aqrar sahə irimiqyaslı inkişaf mərhələsinə daxil olmuşdur.
Azərbaycanın digər bölgələri kimi, Cəlilabad rayonu da Sizin daimi diqqət və qayğınız sayəsində sürətlə inkişaf etməkdədir.
Ölkəmizin gündən-günə artan iqtisadi qüdrətini hər bir cəlilabadlı öz timsalında görür, həmin iqtisadi yüksəlişdən bəhrələnir.
Respublikamızın, eləcə də rayonumuzun yüksəlişi bilavasitə Sizin müdrik və qətiyyətli siyasətinizin bəhrəsidir. Məhz bu siyasətin nəticəsi olaraq Cəlilabadda da infrastruktur layihələri həyata keçirilir, ən ucqar kəndlərimizdə belə yolların təmiri və yenidən qurulması üçün vəsait ayrılır.
Cənab Prezident! Biz cəlilabadlılar həmişə Sizin qayğınızı hiss etmişik. Cəlilabad-Yardımlı rayonlarının ümumilikdə 74 yaşayış məntəqəsinin respublikamızın digər şəhər və rayonlarına çıxışını təmin edəcək Cəlilabad-Yardımlı yolunun çəkilişinə verdiyiniz sərəncam və bununla əlaqədar görülən işlər 196 min nəfərlik Cəlilabad rayon əhalisini hədsiz sevindirmişdir. İnanırıq ki, bilavasitə Sizin qayğınız sayəsində başlanan bu xeyirxah iş qısa müddətdə başa çatdırılacaq.
Çox hörmətli cənab Prezident! Biz cəlilabadlılara göstərdiyiniz bu yüksək qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı həmişə Sizi qorusun.
İnanırıq ki, Siz bundan sonra da ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrətinin güclənməsi üçün çox iş görəcəksiniz. Biz cəlilabadlılar həmişə Sizinləyik.
Cəlilabad rayon ictimaiyyəti adından:
Məhərrəm Əliyev, Təklə kəndi - Sosialist Əməyi Qəhrəmanı,
Prezident təqaüdçüsü
Əfrahim Abasov, Şabanlı kəndi - müəllim
Kərim Mirzəyev, Şabanlı kəndi - təqaüdçü
Qələmhüseyn Nəzərov, Cəngan kəndi - təqaüdçü
Səidə Ağayeva, Şiləvəngə kəndi - sahə xəstəxanasının baş həkimi
Həzi Məmmədov, Şiləvəngə kəndi - müəllim
Nadir Quliyev, Abışabad kəndi - müə
llim
Əlisəfa Abdinov, Abışabad kəndi - müəllim
Qulu Quliyev, Ləkin kəndi - təqaüdçü
Aydın Nuriyev, Əsədli kəndi - məktəb direktoru
Əliyar Həsənov, Musalı kəndi - müəllim
Sultan Teymurov, Badamağac kəndi - təqaüdçü
Mirkazım Əsgərov, Buravar kəndi - məktəb direktoru
Zülfi Məcidov, Şatırlı kəndi - müəllim
Malik Əliyev, Təzəkənd kəndi - həkim
Rza Rzayev, Xanəgah kəndi - müəllim
Mehman Əliyev, Xanəgah kəndi - müəllim
Zakir Quliyev, Pərdi kəndi - kənd ağsaqqalı
Fərəc Rəcov, Pərdi kəndi - fermer
və başqaları
Cəmi: 430 nəfər
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gəncənin daxili yollarında təmir işləri yekunlaşıb
29 Mart
Təzə ad düşərli olub
29 Mart
Qafqazda sülhü savaşa çevirmək istəyən kənar qüvvələr var
29 Mart
Ermənistan başqalarının əlində alətə çevrilmişdir
29 Mart
İmperializmin təzahürü
29 Mart
Bakı asan rəqib deyil
29 Mart
Qərb Cənubi Qafqazı yeni fəlakətə sürükləmək istəyir
29 Mart
Terror bəşəriyyət üçün təhlükədir
29 Mart
Qərbin məkri Ermənistanı ağır duruma salacaq
29 Mart
Solovyov ermənilərin maşası olmağından "şərəf" duyur
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!