21:26 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qayğıya ehtiyacı olanların ilk “DOST”u
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:40 12.05.2019


Ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili, həmçinin vətəndaşların bu sahədə olan hüquqlarının qorunması bu gün də dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST Agentliyi) yaradılması ilə bağlı imzaladığı fərman da bu məqsədə xidmət edir.

Məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır.

"DOST” Mərkəzində xidmətlərin "bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri, eləcə də vətəndaşların bilavasitə telefon və internet vasitəsilə müraciətləri əsasında səyyar və digər üsullarla həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bu mərkəzin yaradılmasının məqsədi də həmin amala nail olmaq, vətəndaş məmnunluğunu və sosial sferada şəffaflığı təmin etməkdir.

"DOST” mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən layihədir. Agentlik mərkəzlər vasitəsilə "bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Həmin qurum tərəfindən 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 "DOST” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

Qələbə Günü - mayın 9-da Bakının Yasamal rayonunda ilk "DOST” mərkəzinin açılışı olmuşdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri açılışda dövlət başçısı qeyd etdi ki, sosial sahəyə diqqət dövlətin əsas prioritetidir. Həmin məqsədlə sosial sahəyə xüsusi önəm verilir və bu istiqamətdə vaxtaşırı islahatlar keçirilir. Əsas hədəf həyata keçirilən islahatlar vasitəsilə əhalinin sosial təminatını daha da yaxşılaşdırmaqdır. Dövlət başçısı sosial sahəyə göstərilən qayğının əhəmiyyətini vurğulayaraq demişdir: "Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə, buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq”.

"DOST”-un başlıca iş prinsiplərindən biri əhalinin məşğulluğunu müxtəlif yollarla təmin etməsidir. Bu məqsədlə Özünüməşğulluq Proqramı vasitəsilə əhali məşğulluğa cəlb ediləcək. Artıq bir neçə ildir ki, bu istiqamətdə müəyyən işlər görülür. Əsas məsələ odur ki, insanlar sosial müavinətdən imtina edərək özünüməşğulluq proqramları vasitəsilə fərdi işlərini qurmaqla sahibkara çevrilsinlər. Ötən illərin təcrübəsi göstərir ki, bu proqramların icrası yerlərdə əhali tərəfindən rəğbətlə qarşılanır və Özünüməşğulluq Proqramından istifadə etmək istəyənlərin sayı sürətlə artır. Bunu nəzərə alaraq ölkəmiz Dünya Bankı ilə bu sahədə əməkdaşlıq etmək istəyir. Əldə olunan ilkin razılığa əsasən, cari il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramının imkanlarından istifadə edəcək.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM