01 May 2019 11:21
2346
Qəbullar
A- A+

Qarşılıqlı səfərlər əlaqələrin genişləndirilməsi baxımından mühüm önəm daşıyır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoanın ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi. Eyni zamanda, Prezident İlham Əliyev Rodolfo Nin Novoanın Azərbaycanda görüşləri zamanı iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı perspektivlərin müəyyənləşdiriləcəyinə əmin olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiyini qeyd edərək, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını dedi. O, Azərbaycan ilə Uruqvay arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət dövriyyəsinin artırılmasının da zəruri olduğunu vurğuladı. Uruqvaylı nazir ölkəsinin bütün dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olaraq qaldığını diqqətə çatdırdı. Rodolfo Nin Novoa Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə etdi.

Görüşdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulandı və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatının müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu bildirdildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video