12 Iyun 2021 00:50
1235
İDMAN
A- A+

“Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik”

 

“Əsl futbol bayramı yaşayacağıq. Avropa çempionatını səbirsizliklə gözləyirdik. Əslində, ötən il olmalı idi, amma pandemiya səbəbindən bir il təxirə salındı. Azərbaycan hökuməti Bakı Olimpiya Stadionuna arenanın ümumi tutumunun 50 faizinə qədər azarkeş buraxılmasına icazə verdi. Bu, sevindirici durumdur”.

Bu sözləri  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Anadolu” Agentliyinə açıqlamasında “Avro-2020”nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.

E.Məmmədov azarkeşlərin ölkəmizdəki matçlara marağının böyük olduğunu vurğulayıb: “Türkiyə millisinin ilk görüşünə 20 min bilet satılıb. Hər oyun üçün 32 min bilet satışı nəzərdə tutulub. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik”.

O, Türkiyə millisinin Bakıdakı görüşlərdə üstün tərəf olacağını söyləyib: “Azərbaycanlı azarkeşlər Türkiyə millisini dəstəkləyəcək. Coğrafi baxımdan türkiyəli fanatların Bakıya gəlməsi daha rahatdır. Çünki iki ölkə arasında gündə 5 uçuş var. Bunun özü də böyük üstünlükdür. Uels və İsveçrədən uçanlar ya xüsusi, ya da tranzit reyslə gəlməlidir. Amma qardaş Türkiyə azarkeşləri 2,5 - 3 saatlıq uçuşla Bakıya çata biləcəklər”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video