23:10 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağın dirçəlişinin növbəti təntənəs

ANA SƏHİFƏ / SİYASƏT
00:40 24.08.2021

 

Artıq ilk təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş etdi

 

“...Bu gün artıq biz quruculuq işlərinə başlamışıq...”

Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının 30 ildən çoxdur ki, həsrətlə gözlədiyi bu sevincli məqamın müjdəsini, Qələbə günündən cəmi 8, Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra işğaldan azad edilən doğma Füzulidən bəyan etdi.

Ölkəmizin, xalqımızın həyatında əlamətdar günlərdən biri kimi tarixə yazılan 2020-ci ilin 16 noyabrında dövlət başçısı bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparan yollardan birinin, Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu.

Müzəffər sərkərdəmiz bununla da Qarabağ münaqişəsinin birdəfəlik tarixin arxivinə göndərildiyini və İkinci Qarabağ müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə bitdiyini, torpaqların işğalçılardan azad edildiyini və artıq bu ərazidə yeni həyatın qurulmasına başlanıldığını, Qarabağa böyük qayıdışın təməlinin qoyulduğunu nümayiş etdirdi. Füzuli-Şuşa yolu uğur yolumuzun rəmzinə çevrildi...

 

İşğaldan azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli layihə

 

Üzərindən çox keçmədən, bu ilin yanvarın 14-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməllərini qoydu.

Düşməndən azad edilən ərazilərimizin inkişafı üçün əhəmiyyətli layihə olan Füzuli Beynəlxalq Hava Limanının tikintisinin qısa zamanda həyata keçirilərək istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var.

İlk növbədə, bu onun göstəricisidir ki, artıq işğaldan azad edilən ərazilərimizdə sürətlə yüksəksəviyyəli həyat şəraiti yaradılır, böyük quruculuq işləri aparılır. Bu da ondan xəbər verir ki, tezliklə bütün məcburi köçkünlər zorla didərgin salındıqları doğma yurdlarına dönəcəklər...

Dövlət başçısı hava limanının təməlini qoyan zaman onun vacib əhəmiyyətindən danışaraq bildirdi ki, bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. “...Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil”.

Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, böyük qayıdış başlayır. Bütün işlərə start verildi: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

 

Düşmən nə qədər çalışsa da, Qarabağa yolumuzu bağlaya bilmədi

 

30 il ərzində düşmən işğal etdiyi dədə-baba torpaqlarımızda bütün infrastrukturu dağıtmış, şəhərlərimizi, kəndlərimizi yerləyeksan etmiş, təbiətimizə qənim kəsilmişdi. Mənfurlar düşünürdülər ki, bu barbar əməlləri ilə xalqımızın əzəli yurdu Qarabağa yolunu bağlayacaqlar.

Amma hər ötən an bizi Qarabağa daha da yaxınlaşdırırdı. Bir an belə ürəyimizdəki Vətən sevgisi, yurda qayıdış ümidi öləzimədi. Xalqımızın qəlbindəki bu böyük inam Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində heç zaman sönmədi.

Sərkərdə qətiyyətindən güc alan igid oğullarımız 30 il idi ki, dədə-baba yurdumuzda maddi-mədəni abidələrimizi məhv edən, Azərbaycan xalqına məxsus bütün izləri silməyə çalışaraq zorla Qarabağımıza yiyələnmək istəyən düşməni cəmi 44 gün ərzində məhv etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz, canlarını bu torpağa qurban edən şəhidlərimiz Qarabağı yağı tapdağından azad edərək xalqımıza Zəfər müjdəsi verdilər.

 

Füzuli Beynəlxalq Hava Limanında xüsusi hava gəmisi ilə uçuşlar həyata keçirilir

 

İndi isə illər idi ki, həsrət qaldığımız, düşmənin viranəyə çevirdiyi yurdlarımıza yenidən həyat qayıdıb. Böyük quruculuq, bərpa, tikinti işləri aparılır. Füzulidə, Zəngilanda və Laçında beynəlxalq hava limanları inşa olunur.

Görülən bütün bu işlərin hər biri Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir.

Qarabağda həyata keçirilən əhəmiyyətli layihələrdən olan hava limanlarının tikintisi də dövlət başçısının şəxsi nəzarəti altındadır və daim aparılan işlərlə yerində maraqlanır. Elə iyunun 14-də də Prezident İlham Əliyev Füzuli rayonuna səfərə gələrək beynəlxalq hava limanında tikinti işlərinin gedişi ilə şəxsən tanış olmuşdu.

Yüksək diqqət və göstərilən əzmkarlığın nəticəsidir ki, 20-25 avqust tarixlərində Füzuli Beynəlxalq Hava Limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) - hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Bu isə Qarabağa böyük qayıdışın başlanğıcından xəbər verir.

Tezliklə vətəndaşlarımız da, xarici turistlər də həm quru, həm də hava yolları ilə cənnət Qarabağın görüşünə gələcəklər...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM