22 Oktyabr 2021 09:56
541
İDMAN
A- A+

“Qarabağ”dan əzmkar qələbə

 

Oktyabrın 21-də UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” doğma meydanda “Kayrat”ı məğlub edib.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunda "Kayrat" hesabı açıb. Qonaq klubun qolunu 19-cu dəqiqədə onbir metrlik cərimə zərbəsindən Jose Kante vurub. Matçın 79-cu dəqiqəsində Ramil Şeydayev hesabı bərabərləşdirməyə nail olub. Görüşün 90+1-ci dəqiqəsində Abbas Hüseynov komandasının ikinci qolunu vuraraq "Qarabağ"ı hesabda irəli keçirib.

Beləliklə, "Qarabağ" öz meydanın möhtəşəm geri dönüş edərək "Kayrat"ı 2:1 hesabı ilə məğlub edib.

Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edib.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Tural Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.

“Kayrat” klubunun ilk onbirliyində isə Stas Pokatilov, Yan Voroqovski, Nurali Alip, Rade Duqaliç, Maki Baqnak, Dino Mikanoviç, Rikardo Alves, Denis Polyakov, Neboyşa Kosoviç, Joao Paulo və Jose Kante yer alıblar.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə üzündən görüşü buraxmalı olublar. Qonaq komandanın heyətində bombardir Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayıblar.

Qeyd edək ki, hazırda “Qarabağ” 7 xalla H qrupuna liderlik edir. Ağdam təmsilçisindən 3 xal geri qalan “Bazel” ikinci, 1 xalı olan “Kayrat” və “Omoniya” isə 3-4-cü pillələrdə qərarlaşıblar. Bu qrupun digər oyununda Kiprin “Omoniya” klubu İsveçrədə “Bazel” komandasının qonağı olacaq.

Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video