Qarabağa səfər edən meksikalı jurnalist Ermənistanın hərbi cinayətləri barədə yazıb
Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ötən ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olmuş, sözügedən qəzetin redaktoru, beynəlxalq siyasi məsələlər üzrə ekspert və Meksikada keçmiş Ermənistan-Azərbaycan münaqişəsi haqda ən çox məlumatlı olan jurnalistlərdən biri Qabriel Moyssenin “Azərbaycan bərpa edir” (“Azerbaiyán, en busca de la reconstrucción”) başlıqlı geniş məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş Fizuli, Cəbrayıl, Ağdam və Şuşa, həmçinin Gəncə şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan bəhs edərək, 44 günlük müharibədən sonra bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni minalarının qurbanı olduğunu bildirir. Bu xüsusda, Latın Amerikasından olan bir qrup jurnalistlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə işlərinin şahidi olduğunu qeyd edir. Jurnalist, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə minanın yerləşdirildiyi, Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi barədə məlumat verir, bunun isə həmin ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərini, habelə bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtma prosesi qarşısında ən böyük maneə olduğunu vurğulayır.
Jurnalist yazısında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovdan götürdüyü müsahibəyə istinad edərək, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin və sərhədlərin delimitasiyasının Azərbaycan hökuməti qarşısında duran prioritet məsələlərdən sayıldığını, lakin Ermənistan tərəfindən bu məsələlərlə bağlı konstruktiv yanaşmanın olmadığını bildirir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə istinad edən jurnalist, sadəcə Ağdam şəhəri ətrafında 97 min partlamamış minanın olduğunu qeyd edir. Yazıda L.Abdullayevanın “Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərinə üçtərəfli bəyanatı dəstəkləmələri və yeni reallıqları nəzərə alaraq təkliflərin verilməsi barədə müraciətinə baxmayaraq, onlar tərəfindən bu günədək heç bir təklif verilməyib” fikrinə istinad olunur. Latın Amerikası ilə əlaqələrdən bəhs edən L.Abdulayevanın Azərbaycanın 2019-cu ildən etibarən Sakit Okean Alyansında müşahidəçi statusunu aldığını xatırladaraq “coğrafi məsafələrin artıq turizm, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafına maneə yaratmamalıdır” deyə vurğuladığı bildirilir.
Jurnalist, həmçinin məqalədə Cəbrayıl, Ağdam və Azərbaycanın mədəniyyət beşiyi kimi istinad etdiyi Şuşaya səfərindən bəhs edir, orada yaşayış məskənlərinin dağıdıldığını, tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qaldığının şahidi olduğunu təəssüflə qeyd edir. Cəbrayılda müsəlman qəbiristanlığının ermənilər tərəfindən dağıdılaraq, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olduğunu qeyd edən jurnalist, bu mənzərədən çox təsirləndiyini və bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayır. O, həmçinin yazısında, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər etdikləri və hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən bu şəhərin ermənilər tərəfindən ballistik raketlərlə zərbə endirilməsi nəticəsində günahsız insanların öldürüldüyü, yüzlərlə insanın yaralandığı və böyük dağıntıların yarandığı barədə məlumat verir.
Meksikalı ekspert işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq intensiv şəkildə bərpa və yenidənqurma işlərinin həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edir. Məqalədə, həmçinin yaxın zamanda açılmış Füzuli beynəlxalq hava limanı və “ağıllı şəhər” konsepsiyası sayəsində bu ərazilərə yatırılan investisiyaların miqdarının çoxalacağı və geniş iqtisadi imkanların yaradılacağı qeyd olunur.
Yazıda müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, Azərbaycan ərazisində əlverişli biznes imkanları barədə məlumat verilir.
Sonda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə istinad edən meksikalı jurnalist ABŞ, Fransa və Argentinadakı nüfuzlu erməni diasporu tərəfindən dəstəklənən revanşist qruplaşmaların səylərinə baxmayaraq, Ermənistanla Azərbaycan arasındakı gərginliyin müharibənin yenidən başlanmasına səbəb olacağının istisna edildiyini və Azərbaycanın münaqişəyə birdəfəlik son qoyduğunu bildirir.
Qeyd edək ki, “El Universal” qəzetinin internet portalında məqalə ilə əlaqədar videosüjet yayımlanıb. Həmçinin məqalədə reallıqları əks etdirən foto və infoqrafik məlumatlar öz əksini tapıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək
29 Mart
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
29 Mart
Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib...
29 Mart
ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
29 Mart
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
29 Mart
Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb
29 Mart
Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb
29 Mart
“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib
29 Mart
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
29 Mart
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!