13 Sentyabr 2021 16:46
626
CƏMİYYƏT
A- A+

Qarabağ Dirçəliş Fondu ilə AFFA arasında Memorandum imzalanıb

 

Sentyabrın 13-də Bakı Olimpiya Stadionunda Qarabağ Dirçəliş Fondu (QDF) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Memorandumu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, AFFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə edəcək. Bundan başqa, AFFA tərəfindən Azərbaycan milli komandasının oyunları zamanı ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliğinə geniş yer veriləcək. Memorandumun şərtlərinə uyğun olaraq, AFFA-nın dəstəyi ilə keçirilən digər peşəkar və həvəskar futbol turnirləri çərçivəsində də QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində keçirəcəyi tədbirlər zamanı AFFA-nı tərəfdaş kimi qeyd edəcək.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Memorandumun imzalanmasının Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üçün çox vacib və bir o qədər də qürurverici hadisə olduğunu bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına əminliyini ifadə edib. O, işğaldan azad edilən ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlərə hamılıqla dəstək olmağın əhəmiyyətini vurğulayıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bu təşəbbüsü yüksək qiymətləndirib, bu mühüm missiyanın iştirakçısına çevrildiyinə görə AFFA-ya minnətdarlığını bildirib.

“Qarabağı birlikdə daha tez və daha gözəl bərpa edəcəyik”, - deyən Fondun İdarə Heyətinin sədri bütün soydaşlarımızı bu məqsəd uğrunda həmrəy olmağa dəvət edib. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində azad etdiyimiz torpaqlarımızı indi cəmiyyətimizin iştirakı ilə bərpa etmək vaxtıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video