21:54 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qara qarağat C vitamini ilə ən zəngin olan giləmeyvədir
ANA SƏHİFƏ / SƏHIYYƏ
16:50 18.09.2018

Kiçik kolların üstünə qara muncuq kimi düzülən qarağat meyvələri bir növ qara gilasa və gilənara bənzəyir. Lakin digər giləmeyvələrdən fərqli olaraq qarağat kol formasındadır və onun üstü qara ətli gilələrlə pitraq kimi dolu olur. Qara qarağatı iki həftə, ağ və qırmızı qarağatı isə 5-7 gün müddətində xarab olmadan saxlamaq mümkündür. Tərkibinin zənginliyinə görə özündə 400 qram C vitamini ehtiva edən qara qarağat digər giləmeyvələrdən daha üstün sayılır. Turşməzə tamlı meyvələri təzə halda yeyilir, ondan püre, jele, mürəbbə, marmelad, şirə, limonad, konfet, şərab və s. hazırlanır. Qarağat yarpaqları ətirli və turş olduğundan tərəvəzlərin konservləşməsi zamanı da istifadə olunur.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, tam yetişəndən sonra qara qarağatın yığılıb qurudulan meyvələri vitamin çatışmazlığı, eləcə də sinqa xəstəliyi zamanı profilaktika və müalicə məqsədilə istifadə edilir.

Bu giləmeyvədən qaraciyər, tənəffüs yolları, angina və bir sıra digər iltihabi xəstəliklərin aradan qaldırılmasında və böyrəkdəki daşların salınmasında istifadə olunur. Hipertoniya, qanazlığı, mədə xorası zamanı qara qarağatın həlimini içmək məsləhət görülür.

Ümumiyyətlə, qara qarağat tərkibi C vitamininin miqdarına görə giləmeyvələr arasında birinci yeri tutur. Orqanizmin həmin vitaminə olan gündəlik tələbatını ödəmək üçün cəmi 20 ədəd qara qarağat yemək kifayətdir. O, onkoloji xəstəliklərə tutulmaq riskini də azaldır.

Digər meyvələrlə müqayisədə qarağatın tərkibi zülallarla da zəngindir. O, şəkərli diabetdən əziyyət çəkənlər üçün də çox faydalıdır və görmə qabiliyyətini uzun müddət qoruyub saxlamağa kömək edir. Bu giləmeyvəni konservləşdirərkən də tərkibindəki faydalı maddələrin əksəriyyəti qorunub saxlanılır.

Qara qarağatın yarpaqlarının həlimi şiş, soyuqdəymə, titrətmə-qızdırma və revmatizm kimi xəstəliklərin müalicəsində istifadə olunur, böyrək və sidik kisəsində daşı olanlara da faydalıdır.

Ümumiyyətlə, qara qarağatın meyvələri kimyəvi elementlərlə zəngin olduğu üçün müxtəlif xəstəliklərin müalicəsində müsbət təsir göstərir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM