06:13 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qara kişmişin müalicəvi təsirləri
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:15 09.07.2020

Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir. Ondan istifadə edilməsi bir sıra sağlamlıq problemlərini qaydaya salır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən artıq olduğunu mütəxəssislər də təsdiq edirlər.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə etmək qaraciyəri təmizləyir, qan azlığını aradan qaldırır. Onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var. Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri gücləndirmək və oynaq ağrılarını azaltmaqda mühüm əhəmiyyət daşıyır.

İdmançılar məşq zamanı yüksək enerjiyə malik olmaq üçün çoxlu kişmiş yeyirlər. Halsızlıq və gücsüzlük zamanı bir ovuc kişmiş yemək enerjini bərpa edir.

Maqnezium və kalium kimi bir çox əhəmiyyətli minerallarla zəngin olan kişmiş orqanizmdəki turşunu azaltmaq xüsusiyyətinə malikdir. Həmçinin qan zəhərlənməsi zamanı metobolik vəziyyəti sakitləşdirir. Mütəmadi olaraq quru meyvəni yemək saç tökülməsi, dəri xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ən yaxşı vasitədir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM