19:21 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin komitələrinin onlayn iclası olub

ANA SƏHİFƏ / SİYASƏT
00:31 08.04.2021

 

Aprelin 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) iki komitəsinin növbəti iclasları onlayn formatda keçirilib. Hər iki videokonfransda quruma üzv ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Hüquqi və siyasi məsələlər komitəsinin 57-ci iclası olub. Tədbirdə Milli Məclisi QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü Jalə Əhmədova təmsil ediblər.

Onlayn tədbirdə iclasın gündəliyi və komitənin ötən ilin oktyabrında keçirilmiş 56-cı toplantısının protokolu təsdiqlənib.

Sonra “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu: hüquqi aspektlər” mövzusunda məruzə dinlənilib, tövsiyə layihəsi təqdim olunub. Hər iki təqdimatda COVID-19 pandemiyasının yaratdığı vəziyyətə də toxunulub.

Milli Məclisin deputatı Jalə Əhmədova müzakirədə çıxış edərək insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərdən danışıb. Yekunda məruzə və tövsiyə layihələri təsdiqlənib. 

Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 56-cı iclasında QDİƏT PM-dəki Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov iştirak ediblər.

İclasda gündəlik qəbul olunduqdan sonra komitənin ötən ilin oktyabrında keçirilmiş 55-ci iclasının protokolu təsdiqlənib. Videokonfransda “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusunda məruzə dinlənilib, tövsiyə layihəsi təqdim olunub. Mövzu ətrafında geniş müzakirə aparıldıqdan sonra məruzə və tövsiyə layihələri təsdiqlənib. İclasda təşkilati məsələlərə baxılıb, Zoltan Pek (Serbiya) komitə sədrinin müavini seçilib. 

Hər iki komitənin iclasında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxış edib və nümayəndə heyətlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM