17:21 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qara çay orqanizmi tonusda saxlamağa kömək edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:46 31.03.2021

 

Çay kamelia sinensis bitkisinin qurulmuş yarpaqlarına isti su tökmək, çay yarpaqlarını dəmləmək və suya təam və ətir verməklə hazırlanan içkidir. Çayın tərkibində faydalı minerallar və C vitamini var. Ürək-damar xəstəliklərinə yaxşı təsir edir, həzm prosesini asanlaşdırır, dişləri çürüməyə qoymur. Amma bəzən yayda çay içməkdənsə su içməyə üstünlük verənlər də olur.

Mütəxəssislər bildirirlər ki, çay içməyin mövsümü yoxdur, əksinə sərinlik gətirən vasitədir. Bir fincan isti çaydan sonra dərinin temperaturu 1-2 dərəcə endiyinə görə orqanizmdə sərinlik yaranır.

Həkimlərin dediyinə görə, hazırda pandemiya dövründə tez-tez çay içmək daha yaxşı olar. Həkim-diyetoloq Ləman Süleymanova isə AZƏRTAC-a bildirib ki, çay içmək tənəffüs yollarında hüceyrə mübadiləsinin intensiv getməsinə kömək edir, xəstəliklə mübarizəni asanlaşdırır, soyuqdəymə hallarında tərlədici və stimullaşdırıcı vasitə hesab olunur: "Qara çayın tərkibində tanin maddəsi var, onun antioksidant dəyəri yüksəkdir və orqanizmi tonusda saxlamağa kömək edir. Çayı yeməkdən yarım saat əvvəl, iki saat sonra qəbul etmək məsləhətdir. Dəmir defisitli anemiyadan əziyyət çəkənlər çay və qəhvə kimi içkilərdən az istifadə etməlidirlər".

Çayın dadına və ətrinə onun sortundan və keyfiyyətindən başqa suyun da yaxşı olması təsir edir. Dəmlənmiş çay çox qalanda ətrini və rəngini dəyişir, vitaminlər aktivliyini itirir. Təbii və təzə dəmlənmiş çay həm sağlamlığa, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM