20:24 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

QALİB MÜƏYYƏNLƏŞMƏDİ

ANA SƏHİFƏ / İDMAN
00:31 13.06.2021

 

A qrupu

 

Uels - İsveçrə - 1:1

 

Qollar: Brel Embolo, 49 (0:1), Kiffer Mur, 74 (1:1)

Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)

 

Bakı Olimpiya Stadionu

 

A qrupunun ikinci matçında Bakıda Uels və İsveçrə yığma komandaları qarşılaşdılar. Matça nominal meydan sahibləri daha sürətli başladılar. Cinahdan qurulan hücumlarda İsveçrə yığmasının qapısı qarşısında daha çox təhlükəli epizodlar yaratdılar. Lakin daha çox əks-hücumlara üstünlük verən isveçrəlilər görüşün 49-cu dəqiqəsində Embolo ilə hesabı açdılar.

Matçın qalan hissəsində üstünlüyü qorumaq istəyən İsveçrə daha çox əks-hücumlarda qol epizodu yaratmağa səy göstərirdi. Lakin 74-cü dəqiqədə qurulan hücumlardan birində Uels yığması hesab arasında tarazlığı bərpa etdi.  Qoldan sonra tərəflər hesabda irəli çıxmağa səy göstərsələr də, matçda hesab dəyişmədi - 1:1.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM