04:23 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Rusiya xalqlarının mədəniyyət festivalı keçirilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
20:36 20.09.2021

 

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda açıq səma altında Rusiya xalqlarının mədəniyyət festivalı keçirilib. “Dil mədəniyyətləri mozaikası” adlı festivalın təşkilatçısı qismində çıxış edən Bakıda Rus Evinin (RİMM) fəaliyyət istiqamətlərindən biri Rusiyanın mədəni irsinin təqdim edilməsi və mədəniyyət sahəsində əməkdaşlığa kömək etməkdir.

AZƏRTAC RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, konsert proqramında Azərbaycanın rus icmasının nümayəndələri və musiqi kollektivləri - “İqray, qarmon” ansamblı, tatar icmasının “Tuqan Tel” ansamblı və azərbaycanlı rəqqas Fərid Kazakov, ləzgi icmasının “Suvar” ansamblı və onun solisti Cəvahir Abdulova iştirak ediblər. Festivalda “Naxış” kollektivinin və “Davam” gənclər hərəkatının nümayəndələrinin – “Xarıbülbül” kollektivinin ifasında Azərbaycan xalq musiqisi və rəqsləri ifa edilib.

Moskvadan olan “Jazz du Soleil” musiqi qrupu və bu kollektivin solisti Anna Kaşina festivalın xüsusi qonaqları olub.

Festivala gələnlər Rusiyanın müxtəlif xalqlarının mədəniyyəti ilə tanış olub, yaradıcı kollektivlərin çıxışlarını izləyiblər. Milli azlıqlar öz etnik simalarını qoruyaraq, ümumi Azərbaycan mədəniyyətinə öz töhfələrini verir, onu zənginləşdirir və eyni zamanda, ondan bəhrələnirlər.

Festivalın aparıcısı – beynəlxalq musiqili-bədii layihələrin müəllifi və təşkilatçısı, musiqili filmlərin quruluşçu rejissoru, müxtəlif beynəlxalq müəllif mahnıları festivallarının laureatı Vəfa Məmmədova olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM