20:05 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qafqaz Müsəlmanları İdarəsinin sədri Bolonyada KAICIID-in Baş katibi ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:34 14.09.2021

 

İtaliyanın Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində tədbirin tərəfdaşlarından olan KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar tərəfindən görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə əsas qonaq qismində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Konstantinopol Patriarxı I Varfolomey iştirak ediblər.

Şeyxülislam Azərbaycandakı hazırkı vəziyyət barədə görüş iştirakçılarını məlumatlandırıb. QMİ sədri, eyni zamanda, dinlərarası dialoqun genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin nüfuzlu beynəlxalq təşkilatların və dini qurumların liderləri, o cümlədən də İraq Dinlərarası Dialoq Şurasının (ICID) həmtəsisçisi Seyid Cavad Məhəmməd Təqi əl-Xoyi və başqaları iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM