26 Iyun 2015 03:06
580
Tədbirlər
A- A+

Qadın voleybolçularımız “bürünc” uğrunda mübarizə aparacaqlar

 

Dünən Bakı Kristal zalında I Avropa Oyunları çərçivəsində qadın voleybolçular arasında yarışların yarımfinal oyunları keçirilib.

Əvvəlcə Polşa və Serbiya komandaları  qarşılaşıblar.  Gərgin keçən görüşdə polşalı voleybolçular serblər üzərində 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12) hesabı ilə qələbə qazanıblar və həlledici qarşılaşmaya vəsiqə əldə ediblər.

Digər yarımfinal görüşündə Azərbaycan və Türkiyə komandaları üz-üzə gəliblər. Bu görüşü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri izləyiblər. 

Gərgin mübarizə şəraitində keçən qarşılaşma qardaş ölkə təmsilçilərinin  çətin qələbəsi ilə başa çatıb 3:2 . Setlərin hesabında iki dəfə geri düşməsinə baxmayaraq, voleybolçularımız böyük əzmkarlıq nümayiş etdirərək oyunu taybrekə daşıyıblar.  Lakin həlledici setdə uğur daha təcrübəli Türkiyə millisinin tərəfində olub - 15:11.

Sabah Azərbaycan və Serbiya milliləri bürünc medal uğrunda mübarizə aparacaqlar. İyunun 28-də keçiriləcək final görüşündə isə Türkiyə və Polşa komandaları qarşılaşacaqlar.

 

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video