Qabaqlayıcı tədbirlər nəticəsində saxta dərman vasitələrinin aptek şəbəkələrində satışa çıxarılmasının qarşısı alınmışdır
Azərbaycan Respublikası vətəndaşlarının həyat və sağlamlığının, sosial sahədə təhlükəsizliyin etibarlı təmin olunması dövlətin prioritet vəzifələrindəndir. Bununla bağlı müxtəlif hüquqazidd əməllərin, o cümlədən saxta dərman vasitələrinin hazırlanmasının və qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Milli Təhlükəsizlik Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilmiş birgə tədbirlərlə insanların sağlamlığının qorunması işini tənzimləyən qaydaların kobud surətdə pozulması ilə bağlı fakt aşkarlanmışdır. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb edilən, lakin qeydiyyatdan keçməyən saxta dərman vasitələri hazırlayaraq satışını həyata keçirmək niyyətində olan şəxslər müəyyənləşdirilmiş, qabaqlayıcı tədbirlər nəticəsində saxta məhsulların aptek şəbəkələrində satışa çıxarılmasının qarşısı alınmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin və Səhiyyə Nazirliyinin AzərTAc-a daxil olmuş birgə məlumatında bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşı, Ağsu rayon sakini, 1971-ci il təvəllüdlü, ixtisasca ali təhsilli əczaçı Gərayev Tofiq Ağababa oğlu dərman vasitələrinin tərkibi və hazırlanması barədə biliklərindən istifadə edərək ucuz qiymətə aldığı "no-şpa", "bromqeksin", "seftriakson" tərkibli, eləcə də mənşəyi məlum olmayan digər dərman vasitələrinin qutularını və etiketlərini dəyişdirib həmin dərmanları Rusiya və Türkiyə istehsalı olan, bahalı "Primavir", "Sefoqram", "Pulmaksol" və sair adla hazırlayaraq satışını təşkil etməyə cəhd göstərmişdir.
"Primavir", "Sefoqram" və "Pulmaksol" adlı dərman vasitələrinin qutuları, etiketləri və içlik vərəqələri Göyçay rayonu ərazisində yaşayan, 1985-ci il təvəllüdlü Müzəffərov Polad Tofiq oğluna məxsus mətbəədə hazırlanaraq çap olunmuşdur. Qanunazidd əməllərini ört-basdır etmək məqsədilə Polad Müzəffərov dərman vasitələrinə aid mətbəə ləvazimatlarını yandırmışdır. Lakin hadisə yerinin müayinəsi zamanı saxta dərman vasitələrinin hazırlanmasına aid həmin mətbəə ləvazimatları - dozakl və plyonkalar aşkar edilərək götürülmüşdür. Keçirilmiş baxış zamanı qanunsuz dərman vasitələrinin istehsalına dair çoxlu sayda, o cümlədən saxta dərman vasitələrinin nümunələri, habelə içərisində şəffaf maye olan etiketsiz 3 min 600 ampula, 2 min 400 "Pulmaxol" dərman qutusu, onun üçün 5 min 480 etiket və 2 min 576 təlimat, 5 min "Primavir" dərman qutusu, onun üçün 86 min 30 etiket və 4 min 500 təlimat, 1400 "Sefoqram - 1q" dərman qutusu və onun üçün 1965 dərman etiketi, həmçinin 838 ampula üçün boş tara, dərman etiketlərinin hazırlanması üçün neqativlər, xüsusi avadanlıq və alətlər aşkarlanaraq maddi sübut kimi götürülmüş və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə göndərilmişdir.
Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!