05 Iyul 2021 20:22
790
Mədəniyyət
A- A+

Pyer Boncovanni: Reza Deqatinin fotolarında gizlənən sirr məni cəlb edir

 

Reza Deqatinin fotolarının səciyyəvi xüsusiyyəti, ilk növbədə, onların qardaşlığı, dostluğu əks etdirməsidir. Fotoları vasitəsilə Reza diqqəti humanizm məsələlərinə, xüsusilə də zərurət olan sahələrə cəlb edir. Sülhə və mehriban birgə yaşayışa çağırışları əks etdirir. Rezanın foto süjeti sülh şəraitində yaşamaq üçün bəşəriyyətin ehtiyac duyduğu zərurətlər üzərində qurulub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransada təşkil edilmiş “Dünyanın mənşəyi” adlı sərginin komissarı, “Maison Laurentine” incəsənət sahəsində tədqiqat, yaradıcılıq, mədəniyyət mühəndisliyi mərkəzinin yaradıcısı Pyer Boncovanni deyib.

Beynəlxalq səviyyəli incəsənət komissarı P.Boncovanni bildirib ki, məşhur fotoqraf Reza Deqatinin müharibə zonalarına getməsinin səbəblərindən biri məhz sülhü təşviq etməyə xidmət edir. O, müharibə zonalarını əks etdirməklə sülhə olan zərurəti fotoların dili ilə çatdırır. Reza fotolarının əksəriyyətində müəmmalı anlar aydın görünür. İlk baxışdan foto gözəl görünsə də, foto ilə bağlı tarixçəni dinlədikdən sonra onun necə bir faciəni əks etdirdiyini görürük. Bu sərgidə onun son fotoları nümayiş olunur. Fotoların əks etdirdiyi anlar müəmmalıdır. Bu müəmmalar diqqəti çəkir.

“Məsələn, nar ağacının budağını əks etdirən bu foto. Foto əsrarəngizdir, çox gözəldir. Nar yarpağı üzərində qırmızı ləkələr. Ancaq bu füsunkar fotonun tarixçəsi füsunkarlığı qədər də ağrılı və faciəvidir. Bu fotoda nar yarpağı üzərindəki qırmızı izlər qan izidir. Bomba partlayışının qurbanı olmuş 16 yaşlı azərbaycanlı gəncin qanıdır. Rezanın fotolarında çox vaxt belə ismarıclar olur. Onun fotoları sanki bir dünyadır, daxil olduqca onun nə qədər dərin olduğunu və tarixçəsini görürük. Məhz buna görə də bu sərgini “Rezanın müasir Odisseyası” adlandırmışıq. Çünki Reza hər bir fotosu ilə ziyarətçiləri çox mürəkkəb bir dünyaya səyahət etdirir. Bütün fotolarında eyni fikri-sülh zərurəti fikrini yayımlayır”, - deyə P.Boncovanni diqqətə çatdırıb.

“Sevgidən, dostluqdan kənarda qardaşlığın, sülhün həll yolu yoxdur”, - deyən Reza Deqatinin fikirlərini təsdiqləyən komissar Bonvcovanni Reza fotolarını diqqətlə seyr etdiyini bildirib: “Reza Deqatinin fotolarında gizlənən sirr məni cəlb edir. Fotonu başa düşməyə, bu sirrin arxasında nə gizləndiyini öyrənməyə çalışıram. Buna əsasən də, təşkil etdiyim sərgilərdə nümayiş olunan əsərlərin seçimini aparıram. Azərbaycanla bağlı çoxsaylı və sirlərlə dolu fotolar var. Bu fotolara baxanda böyük maraq yaranır, ona görə onlar diqqəti cəlb edir və onların tarixçəsi təsirli olduğu üçün onlara xüsusi yazılı mətn hazırlayırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video