07:12 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Psixoloq: Yaz depressiyasından uzaq olmaq üçün işgüzar fəaliyyətə köklənmək lazımdır
ANA SƏHİFƏ / SƏHIYYƏ
15:06 29.03.2021

 

Yazın gəlişi, havaların isinməsi, günlərin uzanması, səmada günəşin tez-tez görünməsi xoş duyğular yaradır. Lakin yazın gəlişi heç də hamıya xoş əhval-ruhiyyə bəxş etmir. Bayırda xoş hava olduğu bir vaxtda yatmaq, yataqdan çıxmamaq, hətta qolunu belə qaldırmaq istəməyənlər də olur. Hər il bu mövsümdə başlayan və eyni zamanda yaşanan hiss yaz depressiyası adlanır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Yazda qan durulur, təzyiqin artması və bunun nəticəsində orqanizmdə oyanma baş verir və həmin dəyişikliklər isə sinir pozuntularına, əsəbiliyə səbəb olur. Yazın əvvəllərində bəzi adamlar depressiv halla üzləşməli olurlar. Depressiyadan uzaq olmaq istəyənlər mütləq özünü işgüzar fəaliyyətə kökləməlidir. İşləyən adamın stressi çox, depressiyası az olur, işləməyənin isə əksinə, stressi az, depressiyası çox olur”.

Narahatlıq və qayğılı olma durumunun artması, əsəbilik, yuxu rejiminin pozulması, enerji itirilməsi, iştahsızlıq, səbəbsiz yerə darıxmaq- bütün bunlar yaz depressiyasının, yəni qışdan yaza keçid dövrünün təsirinə düşmək deməkdir. Əlbəttə, mövsümi keçid dövründə qidalar da yorğunluq və halsızlığı artıra bilər. Həkimlər deyirlər ki, bu ərəfədə un məmulatlarından, yağlı və duzlu yeməklərdən uzaq olmaq məsləhətdir.

Həkim-terapevt Mətanət Cəfərova deyib: “Yaz depressiyası zamanı orqanizmdə xoşbəxtlik hormonu olan serotonin və defominin miqdarı aşağı düşür. Bəzi qidaları menyuda artıraraq serotonin və defominin miqdarını artırmaq olar. Xüsusən tərkibində B6 vitamini olan, eləcə də Omeqa-3 tərkibli qidalar, balıq və balıq yağı, yumurta, eyni zamanda daha çox şokoladla qidalanmaqla serotonin və defominin artırılması hesabına daha çox xoşbəxt hesab etməyə səbəb olur”.

Yaz depressiyasının ilk simptomları zəif başlasa da, vaxtında müdaxilə olunmasa getdikcə ağırlaşar, mütəmadi depressiya halına çevrilə bilər.

Psixoloq vəziyyətdən çıxış yolunu belə göstərib: “Fəsil dəyişkənliyinə daha rahat uyğunlaşmaq üçün təmiz havada çox gəzmək, idmanla məşğul olmaq məsləhət görülür. Yuxudan erkən oyanmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək, ətrafdakılarla, tanışlarla daha çox ünsiyyətdə olmaq lazımdır. Günəşli havada təbiət qoynunda olmaq, çiçəklərin ətrini hiss etmək ən yaxşı terapiya sayılır. Şopinq terapiya bu sahədə yaxşı vasitədir. Yuxu saatlarını da qaydaya salmaq lazımdır. Havadan aktiv şəkildə vitaminin alınması məsləhətdir. Əlvan rəngli geyimlərdən çox istifadə etmək də faydalıdır”.

Bütün bunlarla yanaşı vaxtında qidalanmaq, yüngül yeməklərə üstünlük vermək, alkoqol tərkibi olmayan içkilərin çox qəbul edilməsi məsləhət görülür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM