22 Sentyabr 2021 22:04
833
CƏMİYYƏT
A- A+

Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş veb-konfrans keçirilib

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Tamerlan Əziz oğlu Əliyevin 100 illiyinə həsr olunmuş tibb tələbələrinin və gənc alimlərin beynəlxalq konfransı keçirilib. Onlayn formatda təşkil olunan konfransda Türkiyə, Özbəkistan, Almaniya, Belçikadan olan gənc alimlər, tələbələr, həkimlər, o cümlədən Azərbaycan Tibb Universitetinin və Naxçıvan Dövlət Universitetinin (NDU) müəllim və tələbələri iştirak ediblər.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov böyük alimin elmi fəaliyyəti haqda ətraflı məlumat verib. Sonra NDU-nun Tibb fakültəsinin dekanı Elsevər Əsədov, ATU-nun professoru Amaliya Əyubova, Türkiyə Yeditepe Universitetinin ginekologiya kafedrasının müdiri, professor Erkut Ettar çıxış ediblər. Natiqlər professor T.Əliyevin həyatı və elmi fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən söhbət açıblar.

Konfransda müasir təbabətin aktual problemlərinə həsr olunmuş elmi araşdırmalar dinlənilib.

Almaniyadan Mehdi Əhmədpur, Cəlal Salatayi, Belçikadan professor Halid Topal, Özbəkistandan Sidiq Xocayevin təqdim etdiyi məruzələr iştirakçıların böyük marağına səbəb olub. Həmçinin konfransın yüksək səviyyədə təşkili təqdirəlayiq hesab edilib.

Sonda çıxış edən Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov tədbir iştirakçılarına və konfransın keçirilməsinə şərait yaratdığı üçün universitetin rektoru, professor Gəray Gəraybəyliyə dərin minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video