14:46 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Professor Közhan Yazgan: Şuşada yeni bir fakültənin açılması istiqamətində əməkdaşlığa hazırıq
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:31 07.12.2020

Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Közhan Yazgan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova təbrik məktubu ünvanlayıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, K.Yazgan Qarabağın işğaldan azad olunması və Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi münasibətilə rektoru təbrik edib. O, təməli Türk Dünyası Araşdırmaları Vəqfinin mərhum sədri Turan Yazgan tərəfindən qoyulan UNEC-in Türk dünyası iqtisad fakültəsinin müasir tədris metodları ilə çağdaş türk dünyasında özünə layiq yer tutması istiqamətində universitetlə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. K.Yazgan Şuşada Türk dünyası iqtisad fakültəsinin nümunəsində yeni bir fakültənin açılması istiqamətində əməkdaşlığa hazır olduğunu və dəstəyin göstərilə biləcəyini qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM