09:30 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Professor: “COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir”

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:25 12.09.2021

 

“Peyvəndin təsir edə bilməyəcəyi koronavirusun hansısa bir variantı olmazsa, pandemiya dövrünün 6-9 ay ərzində bitəcəyi, COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyinin rəhbəri professor Alpay Əzab İstanbulda keçirilən “CLIMIC COVID-19” simpoziumunda bildirib.

Hazırda COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarının keçənilki vəziyyətlə eyni olmasına baxmayaraq insanlarda bir rahatlama hissinin yarandığına, eləcə də pandemiya ilə bağlı cəmiyyətin daha məlumatlı olduğuna diqqət çəkən professor peyvəndlərin tətbiqi ilə insanlarda güvən hissinin də artdığını deyib: “Dünyada aparılan vaksinasiyaya baxmayaraq yoluxma və ölüm halları keçən illə bənzərdir. Bu, o demək deyil ki, peyvəndlər təsirsizdir. Burada əsas səbəb, tədbirlərin yumşaldılması və insanların sanitar qaydalara lazımi qədər əməl etməməsidir. Hər bir vətəndaş bilməlidir ki, o, özünü qoruyaraq, ən yaxınlarından başlayaraq bütün cəmiyyəti qoruyur. Peyvəndin təsir edə bilməyəcəyi bir variant olmazsa, pandemiya dövrünün 6-9 ay ərzində bitəcəyi, COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir. Yəni bu, o deməkdir ki, az vaxt ərzində qaydalara lazımi şəkildə riayət etməklə normal həyata daha tez dönə bilərik”.

Son zamanlar dünyada təşvişə səbəb olan və Türkiyədə də görünən COVID-19-un variantları, o cümlədən “mu” ştammı haqqında danışan professor vaksinasiyanın bu variantlara da təsir etdiyini və məhz bu səbəbdən əlavə dozaların tətbiqinə başlandığını deyib.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM