01:05 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezidentin təşəbbüsünə növbəti dəstək

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:15 11.04.2021

 

Azərbaycan dövləti Vətən savaşında şəhid olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə daim diqqət və qayğı göstərir. Müharibədə ön və arxa cəbhədə xidmət edərək şəhid və qazi olmuş hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif dərəcəli orden və medallarla təltif olunmuş, onların ailələrinə maddi yardımlar edilmişdir.

Bu təşəbbüsə qoşulan Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonunda 40 şəhid ailəsinə 18 çeşiddə ərzaq yardımı göstərilmişdir. Onların 3-ü akademiya əməkdaşlarının, 4-ü 2016-cı il Aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçuların, 33-ü isə II Qarabağ savaşı şəhidlərinin ailələridir. Yardımın təqdim edilməsində AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri, Yasamal Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak etmişlər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, dövlətin və ictimaiyyətin onlara daim göstərdiyi qayğıdan razılıqlarını ifadə etmişlər.

Onu da qeyd edək ki, AMEA Azad Həmkarlar İttifaqı digər sosial tədbirlərin keçirilməsində də fəallıq göstərir. Təşkilatın dəstəyi ilə Akademiya şəhərciyində yerləşən inzibati binaların 50 min kv.m sahəsi koronavirus pandemiyası əleyhinə dezinfeksiya, dezinseksiya, deratizasiya edilmişdir. Covid-19 pandemiyası Azərbaycanda yayılmağa başladığı gündən bugünə kimi AMEA-nın inzibati binası dəfələrlə Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi və Akademiya şəhərciyinin rəhbərliyinin təşkilatçılığı ilə dezinfeksiya olunmuşdur.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM