11:44 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında söylədiyi fikirlər Moldova KİV-lərində geniş işıqlandırılıb
ANA SƏHİFƏ / SİYASƏT
19:01 13.04.2021

 

Moldovanın aparıcı, böyük oxucu kütləsinə malik “Noi.md” və “Dosug.md” portallarında Bakıdakı Hərbi Qənimətlər Parkının açılışı barədə silsilə xəbərlər dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Noi.md” saytında dərc olunan xəbərdə Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu tərəfindən düşməndən qənimət götürülən hərbi texnikanın bir qisminin - 300-dən çox eksponatın, o cümlədən 150-dən çox ağır texnikanın, tankların, döyüş maşınlarının, artilleriya qurğularının, zenit-raket komplekslərinin, atıcı silahların və hərbi nəqliyyat vasitələrinin sərgiləndiyi bildirilir. Eyni zamanda, Şuşaya atılan Rusiya istehsallı “İsgəndər–M” raketlərinin Ermənistanın haradan əldə etdiyi barədə Prezident İlham Əliyevin sualı və ölkəmizin bu suala cavab gözlədiyi qeyd olunur.

“Dosug.md” saytında İkinci Qarabağ müharibəsinin gedişində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş hərbi texnikasının dəyəri Azərbaycan tərəfindən təqribən 5 milyard dollar dəyərində qiymətləndirildiyi qeyd olunur. Bununla yanaşı, xəbərdə Prezident İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, Ermənistan uzun illər hərbi texnikanı digər ölkələrdən “hədiyyə” qismində alarkən, Azərbaycan bütün texnikanı öz vəsaiti hesabına əldə edib.

Yazıda, həmçinin Hərbi Qənimətlər Parkında Şuşaya atılan “İsgəndər-M” raketlərinin qalıqlarının nümayiş olunduğu, Ermənistanın bu raketi haradan əldə etdiyi barədə suala ölkəmizin cavab gözlədiyi vurğulanır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM