01:35 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyevin “BBC News”a müsahibəsini Çinin “Weibo” sosial şəbəkəsində 35 milyondan çox insan izləyib
ANA SƏHİFƏ / SİYASƏT
20:55 08.05.2021

 

Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə - ötən il noyabrın 6-da “BBC News”a müsahibəsində səsləndirdiyi fikirlər Çin ictimaiyyətinin çox böyük marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin media orqanlarının bəzi ölkələrə qarşı saxta və qərəzli məlumatlar yayması barədə sözləri oxşar problemlə üzləşmiş Çində populyar sosial şəbəkələrdə, o cümlədən “Weibo”, “Wechat”, “Bilibili”, “Duoyin”də geniş müzakirə olunur və trendə çevrilib. “Jenmin Jibao”, “China Daily” qəzetləri, Çin Mərkəzi Televiziyası, Çin Beynəlxalq Radiosu, digər nüfuzlu media qurumları, milyonlarla izləyicisi olan bloqqerlər Azərbaycan Prezidentinin “BBC News”a videomüsahibəsinin mövzuya dair hissəsini sosial şəbəkələrdə paylaşıblar. Bu videonun həştəqi gün ərzində Çinin sosial şəbəkələrində ən populyar həştəqlərdən biri olub və bunun nəticəsində video təkcə “Weibo” sosial şəbəkəsində (“Twitter”in Çin alternativi) təxminən 35 milyon dəfə izlənilib və bu rəqəm getdikcə artır. Günün bəzi saatlarında həmin həştəq üzrə videolara baxış sayı bir dəqiqə ərzində 133 minə çatıb. “Weibo” istifadəçiləri Prezident İlham Əliyevin məlum fikirləri ilə bağlı təxminən 8300 dəfə müzakirə açıblar. Yazılan şərhlərdə belə bir ümumi rəy var ki, aydın məntiqi və yüksək natiqlik məharəti olan Azərbaycan Prezidenti beynəlxalq münasibətləri və hüququ dərindən bilir. Bundan başqa, Çinin digər sosial şəbəkələrində həmin müsahibəyə aid yaradılmış müxtəlif həştəqlər də yüz minlərlə baxış sayı toplayıb.

Prezident İlham Əliyevin əsaslı arqumentlərlə səsləndirdiyi fikirlər demokratiyadan dəm vuranlara, insan haqları adı altında başqa ölkələrə təzyiq edənlərə tutarlı cavab olub. Azərbaycan Prezidentinin söylədiyi həmin fikirlər oxşar problemlə üzləşmiş ölkələrin ictimaiyyətinin demək istədiyi sözlər idi. Bu, həm də beynəlxalq miqyasda praqmatik, cəsarətli və inamlı mövqeyi ilə tanınan Azərbaycan Prezidentinə dünyada göstərilən hörmətin və inamın təzahürü, həmçinin bu məsələnin qlobal önəm daşıdığının göstəricisidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM