14 Yanvar 2019 12:02
1233
Qəbullar
A- A+

Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, ilk növbədə, dövlətimizin başçısına ötən il prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. O, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçkilərdə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev, öz növbəsində, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı bunu onun səmərəli fəaliyyətinə verilən qiymət kimi dəyərləndirərək ölkəmizin Kunio Mikuriyanın rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatında həyata keçirilən işləri yüksək qiymətləndirdiyini dedi. Prezident İlham Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, o, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir və Ümumdünya Gömrük Təşkilatının bu məqsədə çatmaq işində bizə kömək göstərməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirdi.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. Kunio Mikuriya xüsusilə Azərbaycanın korrupsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını dedi və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda korrupsiya ilə mübarizənin ən prioritet istiqamətlərdən biri olduğunu dedi. Prezident İlham Əliyev gömrük orqanlarında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində şəffaflığın əldə edildiyini və gömrükdən daxil olan rüsumların planlaşdırıldığından da artıq olduğunu bildirdi. Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli mühitin daha da yaxşılaşdığını qeyd edən dövlətimizin başçısı Dünya Bankı tərəfindən Azərbaycanın 10 ən çox islahatçı ölkələr sırasına daxil edildiyini, Dünya Bankının "Doing Business” hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını önəmli hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanda genişmiqyaslı islahatların qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulayaraq, ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə bundan sonra da səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video