21 Sentyabr 2021 13:38
1173
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 71 saylı orta məktəbdə aparılan əsaslı təmir işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, şagird sıxlığı nəzərə alınaraq, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli inkişaf konsepsiyasında təhsil sahəsi də prioritet yer tutur. Respublikanın hər yerində, o cümlədən paytaxtda məktəblərin əsaslı təmiri, yenidən qurulması, yeni təhsil ocaqlarının və tədris korpuslarının inşası istiqamətində ardıcıl işlər görülür. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil alması, elmin sirlərinə daha dərindən yiyələnməsi üçün hərtərəfli imkanlar açır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gənc nəslin savadlı, bilikli, intellektual səviyyədə yetişməsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Qeyd edək ki, Sabunçu rayonundakı 71 saylı orta məktəbin binası 1980-ci ildə inşa olunub. 1176 şagird yerlik binada sinif otaqları ilə yanaşı, fənn laboratoriyaları, akt və idman zalları da müasir səviyyədə şagirdlərin ixtiyarına veriləcək. Sinif otaqları və laboratoriyalar zəruri tədris avadanlığı ilə təchiz edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video