01:32 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib
ANA SƏHİFƏ / QƏBULLAR
17:32 03.12.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov Bakıda keçirilən XXIV "Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün dəvətə görə minnətdarlığını bildirdi. O, bu tədbirə paralel olaraq Bakıda Regional Rabitə Birliyi çərçivəsində region ölkələrinin rabitə nazirlərinin görüşü barədə məlumat verdi. Qonaq qeyd etdi ki, bu görüş və "Bakutel” sərgisi beynəlxalq əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcək. Konstantin Noskov, eyni zamanda, Rusiyanın və Azərbaycanın müvafiq nazirlikləri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, artıq iki ölkənin poçt xidmətlərinin səmərəli qarşılıqlı fəaliyyət göstərdiklərini bildirdi və bunun Çindən Azərbaycan vasitəsilə Rusiyaya böyük həcmdə elektron ticarət məhsullarının göndərilməsi üçün imkan yaratdığını dedi. Eyni zamanda, qonaq Azərbaycanla Rusiya mobil rabitə operatorları arasında əməkdaşlıqla bağlı danışıqların aparıldığını dedi.

Prezident İlham Əliyev Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovun Bakıda keçirilən XXIV "Bakutel” sərgisində iştirakından məmnunluğunu ifadə etdi, eyni zamanda, Regional Rabitə Birliyi çərçivəsində region ölkələrinin rabitə nazirlərinin toplantısının beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Bakıda ənənəvi olaraq keçirilən "Bakutel” tədbirinə beynəlxalq marağın və iştirakçı ölkələrin sayının artdığını qeyd edərək, bu tədbirin telekommunikasiya və texnologiyalar sahəsində əldə olunmuş nailiyyətlərlə yaxından tanışlıq və təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən rabitə və kütləvi kommunikasiyalar sahəsində uğurla inkişaf etdiyi bildirildi və Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirinin səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə qonşu ölkələrlə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM